Toyuq Ətindən Ləzətli Qazan Kababı

Yields: 1 Serving

Qeyri-adi xoş ətri və iştahaaçan görünüşü olan toyuq ətindən qazan kababı. Evdar.az dadlı toyuqlu qazan kababının reseptini təqdim edir.

Tərkibi:

  • 1500 qr toyuq bud dibi filesi
  • 1 kq kartof
  • 150 qr soğan
  • 300 ml bitki yağı
  • zövqə görə duz, istiot
  • 1 çay qaşığı cirə
  • 1 çay qaşığı pul bibər
  • 100 ml su

Hazırlanm qaydası:

Dərin bir qazanda bitki yağını qızdırın. Toyuq bud dibi filesini qızılı rəng olana qədər yaxşıca qızardın. Qızardılmış toyuq ətlərini dərin bir qaba töküb üzərinə ədviyyat, duz və istiot səpin. Ətləri qızartdığınız qazanda doğranmış kartofları da qızardın. Kartfoları da götürüb üzərinə ədviyyat səpin. Yarım halqa doğranmış soğanları da 2 dəqiqə yumşalana qədər bişirin. Qazanda yumalanan soğanların üzərinə kartof, ət və 100 ml su töküb qazanın qapağını örtün. Zəif ocaqda 25-30 dəqiqə qaynadın. Bişən qazan kababını boşqaba düzüb qırmızı soğan və çerri pomidorlarıyla bəzəyib süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.