Azərbaycan mətbəxində olduğu kimi bir çox dünya mətbəxində yeri olan acı bibərin dadı acı olsa da bir çox faydası var. Tərkibindəki beta karotin, C vitamini, kapsaisin və antioksidanlar sayəsində maddələr mübadiləsini sürətləndirmək istəyənlərdən xərçəngdən qorunmağa qədər hər kəs acı bibəri rahat istifadə edə bilər. Mədəsində yanma və xora problemi olanlar və ya hemorod xəstəliyindən əziyyət çəkənlər istisna olmaqla! Evdar.az hər gün 2 ədəd acı bibər yeməyin 5 faydasını təqdim edir.
Acı bibər pis xolesterolu azaldır
Ədviyyat olaraq da geniş stifadə edilən acı bibər fizioloji və farmakoloji təsir göstərir. Öd daşlarının yaranmasının qarşısını alan acı bibər xolesterolun bədəndən atılması üçün vacib olan öd turşularının istehsalını da artırır. Xüsusilə pis xolesterol səviyyəsi bunun sayəsində düşür.
Maddələr mübadiləsini sürətləndirir
Acı bibər maddələr mübadiləsini sürətləndirir. Lifli quruluşu və acı təsiri bağırsaqların işləməsinə və qəbizliyin qarşısını almağa kömək edir. Acı bibər maddələr mübadiləsini sürətləndirdiyi üçün çəkisinə nəzarət etmək istəyən kəslərin də qəbul edəcəyi bir qidadır. Ancaq həddindən artıq istifadəsindən çəkinin. Gündə 2 ədəddən çox yeyilməməlidir. Əks halda mədədə problem yarada bilər, xüsusən də xora xəstəliyi varsa.
Bibər immunitet sistemini gücləndirir
Acı bibər tərkibində yüksək nisbətdə beta karotin saxlayır və bu sayədə xərçəngə qarşı qoruyucu təsir göstərir. C vitamini isə bədən müqavimətini artıraraq immunitet sistemini gücləndirib ümumiyyətlə xəstəliklərə qarşı qoruyucu bir çətir funksiyası yerinə yetirir.
Bədən müqavimətini artırır
Acı bibərin tərkibindəki kapsaisin birləşməsi bibərə acı dadını versə də bir çox fayda verir.Bütün dünyada yetişdirilən acı bibər bədənin vitamin, kalsium və kalium ehtiyacını qarşılayır. Beləcə bədən müqavimətini artırmaq və xəstəliklərdən qorumaq mümkündür.
Ağrıkəsici təsir göstərir
Aparılan araşdırmalar göstərir ki, acı bibərdə olan kapsaisin eyni zamanda təsirli ağrı kəsicidir. Krem şəklində tətbiq olunan kapsaisin forması da ağrılı bölgəyə ağrıkəsici kimi tətbiq olunur, xüsusilə fibromiyalgiya, əzələ ağrıları, diabet xəstələrində və ayağın yanmalarında tətbiq olunur və tətbiqdən bir neçə gün sonra təsirini göstərməyə başlayır.
DİQQƏT: Bu vəziyyətlərdə istifadə etməyin!
Bir çox faydası olmasına baxmayaraq acı bibəri mədə yanması, xora və hemaroid şikayəti olanlar istifadə etməsin!