Plov Azərbaycan mətbəxinin ən məşhur yeməklərindən biridir. Ümumiyyətlə düyü çox vaxt qarnir kimi ət, balıq və tərəvəz kimi müxtəlif ləzzətlərlə süfrəyə verilir. Ancaq təəssüf ki, artıb qalan düyü ertəsi gün quruyaraq bərkiyir. Qalan düyünü təkrar-təkrar qızdırdıqda isə qida zəhərlənməsi riski ilə üzləşə bilərsiniz. Bəs qalan düyünü necə və hansı üsullarla qızdırmaq olar? Evdar.az ilk günkü kimi təzə və dadlı olması üçün düyünü canlandırmağın sirrlərini təqdim edir
Artıq Qalan Bişmiş Düyünü Yemək Olarmı?

Hər kəs təzə bişmiş, isti halda süfrəyə verilən düyünü sevir. Ancaq qalan düyünü isə xarab olmaması üçün soyuducuya yerləşdiririk. NHS (National Health Service-Milli Səhiyyə Xidməti) xəbərdarlıq edir ki, düyü qalıqlarını yenidən qızdırmaq və yemək insan sağlamlığı üçün təhlükəlidir. Bu, düyünün yenidən qızdırılmasından deyil, bişmiş düyünün düzgün saxlanmamasından qaynaqlanır. Bişməmiş düyüdə “bacillus cereus” bakteriya sporları var. Bu bakteriyalar çox tez artan bir quruluşa malikdir. Bəzi bakteriyalar düyü bişdikdən sonra da yaşaya bilir. Xüsusilə düyünü bişirdikdən sonra uzun müddət otaq temperaturunda saxlasanız, düyüdəki sporlar bakteriyaya çevrilə bilər. Bu bakteriya da qısa müddətdə çoxalır və ishal, qusma kimi əlamətlərə səbəb olan toksinlər əmələ gətirir. Başqa sözlə, bişmiş düyü otaq temperaturunda nə qədər çox qalsa, düyüdə təhlükə bir o qədər çox olar.
Artıq Qalan Düyünü Necə Qızdırmaq Olar?

Təbii ki, yuxarıda qeyd etdiyimiz hadisənin baş verməməsi üçün diqqət edilməli bəzi məqamlar var. İlk növbədə, düyü bişirildikdən dərhal sonra istehlak etmək lazımdır. Qalan düyünü dərhal soyuması üçün qapağını bağlayın və soyuducuya yerləşdirin. Otaq temperaturunda 1 saatdan çox saxlanılan düyü qida zəhərlənməsi baxımından daha riskli olur. Buna görə də düyünü 1 saat ərzində soyuducuya qoymaq son dərəcə vacibdir. Düyünü yenidən qızdırdığınız zaman onu yaxşıca buxarlandırın və hər tərəfi bərabər qızdırılmalıdır. Bişmiş düyünü bir dəfədən çox qızdırmaq olmaz. Yeməyi bir dəfədən çox qızdırmaq ciddi sağlamlıq riskləri yarada bilər. Odur ki, hansı yeməyi hazırlayacağınızdan asılı olmayaraq, diqqətli olun ki, onu adam sayına nisbətdə hazırlayın.
Düyü plovu ilə zəhərlənmənin simptomları adətən ürəkbulanma, qusma, ishal, qarın ağrısı və yüngül qızdırma kimi həzm problemləridir. Simptomlar adətən bir neçə saat ərzində başlayır və yüngül və ya orta dərəcədə ola bilər. Ancaq bəzən daha uzun və ya daha ciddi ola bilər. Bacillus cereus-un törətdiyi qida zəhərlənməsindən şübhələnirsinizsə, həkimə müraciət etmək vacibdir!
Düyünü Ocaqda Necə Qızdırmaq Olar?
Ertəsi gün düyü qızdırılacaqsa, heç vaxt yüksək odda qısa müddətdə qızdırılmamalıdır. Düyü zəif odda və çox qarışdırılmadan yavaş-yavaş qızdırılmalıdır. Düyünü qazana və ya tavaya töküb aşağı istilikdə sobanın üzərinə qoyulandan sonra qısa müddətdə yüngül tıqqıltı səsləri eşidəcəksiniz. Sonra düyüyə yarım çay stəkanı qaynar su tökmək lazımdır. Əgər az miqdarda düyü qalsa, 1 qaşıq su belə kifayət edə bilər. Su əlavə etdikdən sonra qarışdırmadan qazanın qapağı bağlanmalıdır. 1-2 dəqiqə gözlədikdən sonra yavaş-yavaş qarışdırın, qapağı bağlayın və isitməyə davam edin. Dərhal sonra ocağı söndürün və 10 dəqiqə gözləyin. Və ya düyüyə duru yağ və ya maye yağ əlavə edib qızdırın.
Düyünü Mikrodalğalı Sobada Necə Qızdırmaq Olar?

Əvvəlki gündən qalan düyünü soyuducudan götürüb otaq temperaturunda saxlayın. Daha sonra mikrodalğalı soba üçün təhlükəsiz bir qaba tökün, bir az ilıq su əlavə edin və üzərini örtüb (soba üçün təhlükəsiz qabla) mikrodalğalı sobaya yerləşdirin. Sobanın yemək isitmə rejiminə qoyub və 2 dəqiqəlik vaxt təyin edin. İki dəqiqədən sonra düyü servisə hazırdır.
Düyünü Buz Kubları ilə Necə Qızdırmaq Olar?
Düyünün orta hissəsinə duz kubları əlavə edib qapağını örtün. Buz kubları əridikcə, buxarı ilə düyünü qızdırmağa kömək edəcək.
Düyünü Südlə Necə Qızdırmaq Olar?

Düyü plovuna 2-3 xörək qaşığı süd əlavə edin. Arabir qarışdıraraq aşağı istilikdə qızdırın. Parlaq və dadlı plov hazırdır.
Düyünü Sobada Necə Qızdırmaq Olar?
Həmçinin düyünü yağlanmış soba sinisinə bərabər şəkildə yayıb, bir neçə qaşıq su və ya ət suyu əlavə edib, üzərini folqa kağızıyla örtüb 10 dəqiqə sobada qızdırmaq mümkündür.
Düyünü Buxarda Necə Qızdırmaq Olar?

Qazana su doldurub ocaqda qaynamağa qoyun. Qaynayan suyun üzərinə süzgəc və ya buxar səbəti yerləşdirin. Qızdıracağınız qədər düyünü süzgəcə töküb üzərini bir qapaq ilə örtüb təxminən 5-7 dəqiqə qızdırın. Buxar düyünün bütün hissələrini isitdiyi üçün bu üsul digər üsullardan daha yaxşı düyünü təzə və nəm saxlayacaq.
Onu da qeyd edək ki, qaynadılmış düyü soyuducuda yalnız 2, ən çox dörd gündən çox olmayaraq istehlak edilə bilər. Nəzərə alın ki, bu məhsul ətrafdakı qoxuları aktiv şəkildə udur, ona görə də soyuducuda onun yanında iyli heç nə qoymayın.
Ən dadlı plov reseptləri Ən Dadlı Kulinariya Saytında…
- Süfrələrin Şah Əsəri: İçi Plovlu Quzu Qabırğa Dolması
- Şuşa Mətbəxinin Ləziz Qiyməli Plovu
- İrəvan Mətbəxinin Əvəlikli Daşma Plovu
- Milli Mətbəximizin Ləziz “Nardança Plovu”
- Krevetkalı və Tərəvəzli Plov
- Boşqab-Boşqab Yeyə Biləcəyiniz Ləzzətli Göbələkli Plov
- Zəhmətsiz Nahar Yeməyi: Soba Paketində Toyuqlu Plov
- Qəbələ Mətbəxinin Ləziz Çığırtma Plovu
- Şuşa Mətbəxinin Dadlı Təamı Çolpalı Plov
- Nahar Süfrəsi Üçün Limonlu Plov
- Dadlı Tuna Balıqlı Plov
- Möhtəşəm Dad: Döymə Döşəmə Plov
- Qax Mətbəxinin Qozlu, Lobyalı Döşəməli Plovu
- Dadlı, Rəngli Yerkökülü Plov
- Milli Mətbəximizin Ləziz Plovu – Çoban Aşı
- Tezbazar Hazırlaya Biləcəyiniz Qiyməli Noxudlu Plov
- Sobada Balqabaqda Plov
- Qubadlının Xanlıq Plovu
- Azərbaycan Milli Mətbəxi Ləvəngi-Plov
- Ağdam Mətbəxinin Dadlı Təamı – Lobyalı Plov
- Vitaminlə Zəngin Səbzi-Qovurma Plov
- Qəbələ Mətbəxinin Şahı “Döşəmə Plov”
- Dadlı və Faydalı Bildirçinli Plov