Faydalı Faydalı Məsləhətlər

Ev Şəraitində Saxsı Qabda Sarımsaq Yetişdirməyin Qaydası

Təbii antibiotik olaraq da bilinən sarımsağın sağlamlığımıza faydaları saymaqla bitmir. Yeməklərə də əlavə ləzzət qatan sarımsağı ev şəraitində saxsıda yetişdirə biləcəyinizi bilirsinizmi?

Mülayim havanı sevən sarımsağı yetişdirmək üçün ən uyğun olan dövr yaz və payız aylarıdır. Beləliklə, indi siz də bir neçə sadə vəsaitlə evinizdə bir saxsı dolusu sarımsaq yetişdirə bilər və onu ən təbii halıyla mətbəxinizdə istifadə edə bilərsiniz.

Evdar.az ev şəraitində sarımsağı addım-addım yetişdirmə qaydasını izah edir.

Sarımsaq yetişdirmək üçün lazım olanlar:

  • 1 bütöv sarımsaq (böyük diş sarımsaq olmalıdır)
  • gilli torpaq
  • 20 santimetr dərinliyində bir saxsı qab

Sarımsaq saxsı qaba necə əkilir?

  • Sarımsağın dişlərini tək-tək ayırın, ancaq qabıqlarını soymayın.
  • Saxsıya torpağı doldurun və saxsının orta hissəsində 10 santimetrlik bir çuxur açın.
  • Sarımsaqların kök ucları alta, cücərəcək yerləri üstə gələcək şəkildə bu çuxura basdırın.
  • Bunu edərkən çox dib-dibə olmamalarına diqqət edin.
  • Daha sonra saxsını evin ən günəş görən yerinə yerləşdirin və sarımsaqlarınızın cücərməsini gözləməyə başlayın.

Sarımsağı Torpağa Əkdikdən Sonra Görüləcək İşlər Və Qulluq Qaydaları

İşimiz burada bitmir təbii ki, sarımsaqlar cücərənə qədər ona qulluq etməliyik. Sarımsaq günəşi sevdiyi üçün onu evin günəşli bir yerinə qoymağınız çox vacibdir. Çox su sarımsaqları çürütdüyü üçün həftədə 1 ya da 2 dəfə sulamağınız kifayətdir.

“Sarımsaqların yığıma hazır olduğunu necə anlaya bilərəm?” deyirsinizsə bu işarələrə diqqət edin:

Yarpaqlar qəhvəyi rəng olmağa başlayıbsa deməli yığılma zamanıdır artıq. Ancaq bu aylar çəkə bilər, səbirli olmalısınız. Torpaq seçimi, günəş işığı və suvarma məhsul yığım müddətinə təsir göstərə bilər.

Sarımsaqları yığmaq vaxtı gəldikdə çox diqqətli bir şəkildə sarımsağın başını torpaqdan çəkin. Torpaqdan çıxan sarımsaqları bir həftə sərin bir yerdə saxlayın.

Bundan sonra artıq könül rahatlığıyla öz əkdiyiniz və yığdığınız sarımsaqları isifadə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir