Son günlərdə Azərbaycanın bir sıra rayonlarında iribuynuzlu mal-qara və xırdabuynuzlu heyvanlara təsir edən yüksək yoluxucu virus xəstəliyi olan dabaq xəstəliyinin ciddi epidemiyası müşahidə olunur. Bu hal həm fermerləri, həm də əhalini ciddi narahat edir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yayılan yoluxucu xəstəliklə bağlı ölkə ərazisindəki mal-qara bazarlarında məhdudiyyətlərin tətbiqinə görə sahibkarlara xəbərdarlıq edib. Xəbərdarlığa əsasən, oktyabrın 25-dən ölkə ərazisində heyvanların satış mərkəzlərinin fəaliyyətinə məhdudiyyət tətbiq ediləcək.
Xəstə heyvanlar yalnız təsərrüfata zərər vurmur, eyni zamanda insanların sağlamlığı üçün də ciddi təhlükə yaradır. Belə bir zamanda hər kəsin, istər heyvan saxlayan, istərsə də ət və süd məhsullarından istifadə edən insanların bu xəstəliklər barədə məlumatlı olması vacibdir. Xəstə heyvanın ətini sağlam ətlə adi gözlə fərqləndirmək bəzən çətindir. Lakin bəzi əlamətlər bu fərqi göstərir. Bu əlamətlər həm dabaq, həm də digər yoluxucu xəstəliklərdə müşahidə oluna bilər. Evdar.az xəstə heyvandan alınan ətin müəyyən edilmə üsullarını təqdim edir.
Xəstə Heyvanın Ətinin Müəyyən Edilmə Üsulları:
Ətin qanı

Xəstə heyvanlar və xüsusilə ölüm anı yaşayan və ya ölmüş heyvanlardan kəsilmiş ətdən zəif və ya çox zəif qan axır. Cəmdəklər tünd qırmızı rəngdə olur, kəsiklərdə qanla dolu kiçik və iri qan damarları aşkar edilir. Qabırğaarası damarlar qaranlıq zolaqlar kimi görünür. Cəmdəkdən kürək sümüyü (lat. scapula- çiyin qurşağına aid, döş qəfəsinin arxasında yerləşən bir cüt sümük) çıxarılarsa, qanla dolu damarlar görünə bilər. Xəstə heyvanın əti bəzən asanca dağılır, toxuma elastikliyini itirir.
Ətin rəngi

Sağlam və vaxtında kəsilmiş heyvanların ətində limfa düyünləri açıq boz və ya sarımtıl rəngdədir. Ağır xəstə heyvanların, ölüm sancısı zamanı kəsilən heyvanların və ya ölü heyvanların ətində limfa düyünləri yasəmən-çəhrayı rəngdədir. Bundan əlavə, xəstəlikdən asılı olaraq limfa düyünlərinin böyüməsi, iltihabın müxtəlif formaları, qanaxma, nekroz, hipertrofiya aşkar ediləcək. Xəstə heyvanların ciyəri, dalağı və ürəyi şişmiş, qaralmış və qanla dolu olur. Bu hallar çox vaxt dabaq və digər bakterial xəstəliklərə işarədir.
Ətin qoxusu

Sağlam heyvan ətinin qoxusu adətən təzə, lakin kəskin olmayan ət qoxusu olur. Xəstə heyvanın və ya xarab ətin qoxusu isə tünd, kəskin, turş, xoşagəlməz, ağır, ammonyak və ya qatığa bənzəyən qoxuya malik ola bilər. Bu fərq ətin içində böyüyən bakteriyalardan qaynaqlanır; təzə kəsilmiş ətin özünəməxsus təbii qoxusu olduğu halda, xarab olmağa başlayanda bu qoxu daha güclü və xoşagəlməz olur.
Hipostazların mövcudluğu

Hipostazlar uzun müddət davam edən əzab zamanı qanın bədənin əsas hissələrinə postmortem (ölümdən sonra) və perimortem (ölümdən əvvəl) yenidən paylanması (axması) kimi müəyyən edilir. Xəstə heyvanın yatdığı bədənin tərəfindəki toxumalar daha çox qanla doymuş olur. Eyni hal cüt orqanlarda (böyrəklər, ağciyərlər) müşahidə olunur. Hipostazları qançırlar ilə qarışdırmaq olmaz. Əzilmələrdə damarların zədələnməsi nəticəsində dərialtı toxumada qançırlar əmələ gəlir. Onlar lokallaşdırılmış və səthi olur, diffuz (yayılmış) hipostazlarda və hipostazlarda qan toxumanın daha dərin təbəqələrinə sızır. Hipostazlar yalnız heyvanın ölümündən sonra deyil, həm də həyat boyu yarana bilər. Onlar uzun müddətli əzab zamanı, heyvanın ürək funksiyası zəiflədikdə və bədənin aşağı hissələrində qan tədricən durğunlaşdıqda yarana bilər. Beləliklə, hipostazların aşkarlanması ətin bir müddət bütöv yatan ölü heyvandan və ya uzun müddət əzab vəziyyətində olan heyvandan alındığını göstərir. Heyvan qısa müddət ərzində əzab çəkibsə və kəsilibsə, hipostazlar olmaya bilər. Buna görə də, hipostazların olmaması mütləq ətin əzab çəkməyən bir heyvandan alındığını göstərmir.
Bişirmə testi
Ağır xəstə, ölməkdə olan və ya ölmüş heyvanlardan alınan ət bişirmə testi adlanan orqanoleptik üsulla müəyyən dərəcədə yoxlana bilər. Bunun üçün 20 qram qiyməni 100 ml-lik konusvari kolbaya yerləşdirin və üzərinə 60 ml distillə edilmiş su əlavə edib qarışdırın. Üzərini saat şüşəsi ilə örtün, qaynar su buxarına qoyun və buxar görünənə qədər 80-85ºC-yə qədər qızdırın. Sonra, qapağı qaldırın və bulyonun qoxusunu və vəziyyətini müşahidə edin. Ağır xəstə, ölməkdə olan və ya ölmüş heyvanların ətindən alınan bulyon adətən xoşagəlməz və ya dərman qoxusuna malikdir və lopalı bulud kimi olur.

- Sağlam ət bişirildikdə bulyonu açıq və şəffaf olur.
- Xəstə heyvanın ətindən hazırlanan bulyon isə çox vaxt bulanıq, pis qoxulu və yağlı təbəqəli olur.
Dabaq xəstəliyi insana xəstə heyvanın bişirilməmiş və ya az bişmiş ətini yeməklə də keçə bilər. Qarın ağrısı, ürəkbulanma, qusma, qızdırma, bəzən də qanlı ishalla müşahidə olunur.
Ət aldıqda yalnız etibarlı və baytar nəzarətindən keçmiş müəssələrdən alınmalıdır. Şübhəli ətləri qaynatmaqla zərərsizləşdirmək mümkün deyil! Dabaq kimi bakteriyalar spor şəklində olduqda hətta uzun qaynama zamanı belə sağ qala bilər. Belə hallarda ət qəti şəkildə yeyilməməlidir!
Ətdən hazırlanan ləziz yeməklər Ən Dadlı Kulinariya Saytında!
Sağlamlığınızın Qeydinə Qalın!

