Faydalı Faydalı Məsləhətlər Sağlamlıq Haqqında

Qəbizlikdən Yuxusuzluğa Qədər Bir Çox Problemin Çarəsi: Kivi Çayı

Son zamanlar kafelərdə tez-tez görməyə başladığımız yaşıl kivi çayını ev şəraitində də hazırlaya və ləzzətlə içə bilərsiniz. C vitamini deposu olan kivi orqanizmə bir çox faydalar təmin edir. Evdar.az dadlı və müalicəvi kivi çayının faydasını və hazırlanma qaydasını təqdim edir.

Kivi Çayının Tərkibi:

  • 1 ədəd kivi (qabığı soyulmuş)
  • 1 dilim limon
  • 1 çay qaşığı şəkər tozu
  • 1,5 stəkan içməli su

Kivi Çayının Hazırlanma Qaydası:

Ölçülər bir nəfər üçün nəzərdə tutulub. İlk öncə qabığı soyulmuş kivi, limon dilimi və şəkər tozunu qaynar suda qaynadın. 10 dəqiqə qaynadıqdan sonra süzün və stəkana tökün. Bu qədər asandır. Kivi çayınızdan həzz ala bilərsiniz.

Bazarlarda satılan hazır kivi tozlarından da kivi çayı hazırlaya bilərsiniz. Amma onu da qeyd edək ki, təbii kividən hazırlanan çayın şəfasından daha çox faydalana bilərsiniz.

Kivi Çayının Faydaları

Evdə rahatlıqla hazırlaya biləcəyiniz meyvə çaylarından biri olan kivi çayı dadı ilə yanaşı faydaları ilə də hər zaman içilməli bir içkidir. Kivi çayı:

Qəbizliyi aradan qaldırır, bağırsaqları rahatlaşdırır

  • Antioksidantlarla zəngin olan kivi çayı qəbizlik hiss etdiyiniz zaman bağırsaqlarınızı rahatlaşdırmaq üçün tətbiq edə biləcəyiniz təbii məhlullardan biridir. Həm də həzmi asanlaşdırır.

Yuxusuzluğa yaxşı təsir edir

  • Əgər yuxuya getməyə çətinlik çəkirsinizsə, kivi çayı sizi rahatlaşdıracaq və yuxuya getməyinizi asanlaşdıracaq.

Orqanizmi toksinlərdən təmizləyir

  • Antioksidant meyvə olan kivi çay kimi istehlak edildikdə ödəm və toksinlərdən xilas olmağımıza kömək edir.

Yaşlanmanın dəriyə təsirini gecikdirir, dəriyə parlaqlıq verir

  • Kivi maskaları tez-tez dəri sağlamlığı üçün istifadə olunur. Eyni şəkildə kivi çayı dəri sağlamlığını dəstəkləyir və daha sağlam bir dəri təmin edir. Göz sağlamlığı üçün də faydalı olduğu bilinir.

İmmunitet sistemini gücləndirir

  • Kivi çayı xüsusilə qrip, soyuqdəymə kimi qış xəstəliklərinə qarşı təbii və müalicəvi bir həlldir. C və E vitaminləri ilə çox zəngin olan kivi burada da köməyimizə gəlir.

Ürək sağlamlığını qoruyur

  • Tərkibindəki vitaminlər və kalium sayəsində damar tıxanıqlığının qarşısının alınmasına köməkçi olan bu çay, beləliklə də ola biləcək infarktlara qarşı qoruyucu təsir göstərir.

Arıqlamağa kömək edir

  • Kivi çayı həm toksinləri ataraq, həm şişkinliyi azaltmaqla, həm də həzm sistemi və bağırsaqların nizamlı işləməsini təmin edərək arıqlama prosesinizi dəstəkləyə bilər.

“Kivi çayında nə qədər kalori var?”deyə soruşursunuzsa, 200 ml kivi çayı orta hesabla 100 kaloridir.

Vacib Qeyd:

Kivi çayı bir çox faydası olan təbii bir müalicə qaynağı olsa da, kivinin bol turşu ehtiva edən bir meyvə olduğunu unutmaq olmaz. Bu baxımdan, xüsusilə qastrit, xora və reflü kimi xəstəlikləriniz varsa, həkiminizlə məsləhətləşmədən istifadə etməməyinizi tövsiyə edirik.

Bundan əlavə, ciddi, xroniki bir xəstəliyiniz varsa, müntəzəm olaraq dərman qəbul edirsinizsə, bədəninizdə allergik reaksiyalar varsa, həkiminizlə məsləhətləşmədən və onun icazəsi olmadan kivi də daxil olmaqla heç bir bitki/meyvə çayı istehlakına başlamamalısınız. Eyni şəkildə hamiləsinizsə və ya körpənizi əmizdirirsinizsə, depressiya dərmanı istifadə edirsinizsə, kivi çayı istehlak etməməli, əvvəlcədən mütləq həkiminizlə məsləhətləşməlisiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir