3 Məhsulla Ev Şəraitində Qaymaq

Ev Şəraitində Qaymaq5
Yields: 1 Serving

Ev şəraitində qaymaq hazırlamaq düşündüyünüzdən daha asandır. Mağazadan aldığımız qaymağı səhər yeməyi süfrəsinə və bir çox desertin yanında təqdim edirik. Ancaq bu məhsulun hansı şəraitdə hazırlandığı çoxlarını düşündürür. Buna görə də onu ev şəraitində cəmi 3 ərzaqla tam təbii şəkildə hazırlaya bilərsiniz. Evdar.az bu ləzzətli süd məhsulunun evdə hazırlanma qaydasını təqdim edir.

3 Məhsulla Ev Şəraitində Qaymaq

Tərki:

  • 2 stəkan süd
  • 3 paket qaymaq (800 ml)
  • 4 xörək qaşığı nişasta

Qaymağın hazırlanma qaydası:

İlk öncə südü qaynadıb ilınması üçün kənara qoyun. Pasterizə süd istifadə edəcəksinizsə bu addımı keçə bilərsiniz.

Daha sonra südün içərisinə qaymaq (mağazada satılan paket qaymaq) və nişasta əlavə edin. Tel çırpıcıyla yaxçıca çırpıb ocağa qoyun. Konsistensiyası yüngül qatılaşdıqda ocaqdan götürün. Yüngül isladılmış odadavamlı şüşəyə və ya keramika bir qaba kütləni boşaldın.

Üzərini streç salafanla örtün. Soyuduqdan sonra soyuducuya yerləşdirin. Ən azı 2 saat, mümkünsə 1 gecə soyuducuda saxlayın.

Soyuducudan çıxartdıqdan sonra bıçaq köməyi ilə kəsin. Spatula köməyilə kvadrat və ya üçbucaq şəkli verərək kəsib çıxardın. Hazırladığınız qaymağı səhər yeməklərində balla və yağla süfrəyə verə bilərsiniz.

Qeyd:

Təzə süd tam yağlı bir süd olmalıdır.Təzə südünüz yoxdursa, tam yağlı pasterizə edilmiş süd də edə bilərsiniz.Hazırladığınız qaymağı bağlı qabın içərisində 1 həftə-10 gün saxlaya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir