Azərbaycanın Milli Şirniyyatı İrəvan Kətəsi

Yields: 1 Serving

Azərbaycan mətbəxinin ən qədim şirniyyatlarından biri də İrəvan kətəsidir. Evdar.az Azərbaycanın milli şirniyyatının reseptini təqdim edir.

Tərkibi:

  • 700 qr un
  • 200 qr kərə yağı
  • 200 qr xama
  • 1 çay qaşığı soda
  • 1 çay qaşığı sirkə

İçlik üçün:

  • 300 qr un
  • 200 qr şəkər tozu
  • 100 qr kərə yağı
  • vanil

Üzərinə vurmaq üçün:

  • 1 ədəd yumurta

Hazırlanma qaydası:

Xəmiri hazırlaçaq üçün ilk öncə bir qabda un və yağı qarışdırıb umac hazırlayın. Üzərinə xama və sirkədə söndürülmüş soda əlavə edib yumuşaq xəmir yoğurun. Xəmiri kənara qoyub içliyi hazırlayın.
İçliyi hazırlamaq üçün eyni qaydada umac hazırlayıb, üzərinə şəkər tozu və vanil əlavə edib qarışdırın. Xəmiri kündələrə ayırıb, oxlovla yayın və içərisinə içlik səpib bükün. Ziqzaqlı bıçaqla istədiyiniz formada kəsin. Kətələri yağlı kağız sərilmiş soba sinisinə düzün. Üzərinə yumurta yaxıb əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir