Bol Vitaminli Balqabaq Şorbası

balqabaq-sorbası
Yields: 1 Serving Difficulty: Medium

Balqabaq, payız və qış mövsümünün əvəzolunmaz tərəvəzlərindən biridir. Adi şorba reseptlərindən yorulanlar üçün unikal bir reseptdir. Evdar.az bol vitaminli balqabaq şorbasının reseptini təqdim edir.

Bol Vitaminli Balqabaq Şorbasının tərkibi:

  • 600 qr dilimlənmiş balqabaq
  • 3 diş sarımsaq
  • 1 ədəd soğan
  • 2 xörək qaşığı kərə yağı
  • 1 ədəd kartof
  • 6 stəkan toyuq bulyonu
  • 1 xörək qaşığı təzə doğranmış kəklikotu
  • 1 ədəd anis ulduzu
  • ½ çay qaşığı muskat qozu rəndəsi
  • 1 çay qaşığı duz
  • ½ çay qaşığı istiot
  • 4 xörək qaşığı qaymaq

Süfrəyə vermək üçün:

  • 1 çay qaşığı qaymaq
  • təzə kəklikotu

Bol Vitaminli Balqabaq Şorbasının hazırlanma qaydası:

İlk öncə balqabağın qabığını soyun. Tumlarını çıxarıb dilimləyin. Kartofları da kub şəklində doğrayın. Tavada kərə yağında xırda doğranmış soğanları və doğranmış sarımsaqları 2-3 dəqiqə qovurun. Üzərinə doğranmış kartofları və balqabaqları da əlavə edib daha 3-4 dəqiqə qovurun. 6 stəkan toyuq bulyonunu da əlavə edin. Kəkliokotu, anis ulduzu, rəndələnmiş muskat qozu, duz və istiotu da töküb orta ocaqda 25 dəqiqə bişirin.Tərəvəzlər yumşaldıqda anis ulduzunu kəfgir köməyi ilə şorbadan götürün. Şorbanı blenderdən yaxşıca keçirin. Şorbaya 4 xörək qaşığı qaymaq əlavə edib qarışdırın və bir burum qaynadın. Ocaqdan götürüb kasaya tökün. Üzərinə qaymaq və kəklikotu töküb süfrəyə verin

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir