Dadlı Və Doyumlu Qəlyanaltı-Ətli piroq

Yields: 1 Serving

Həm soyuq, həm də isti halda yeyilən dadlı və doyurucu qəlyanaltı resepti. Evdar.az ətli piroqun reseptini təqdim edir.

Xəmir üçün:

  • 3 ədəd yumurta
  • 200 qr xama
  • 150 qr kərə yağı
  • 1 xörək qaşığı şəkər tozu
  • 1 çay qaşığı duz
  • bir çimdik sarıkök
  • 1 çay qaşığı soda
  • 1 çay qaşığı limon suyu
  • 3 stəkan un

İçlik üçün:

  • 300 qr ət
  • 1 ədəd soğan
  • duz, istiot,
  • zövqə görə zirinc, nar dənəsi

Üzəri üçün:

  • yumurta sarısı
  • küncüt və ya çörəkotu

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda yumurta, kərə yağı, xama, şəkər tozu, duz və sarıkök töküb qarışdırın. Sodanın üzərinə limon suyu töküb qarışdırın və kütləyə əlavə edin. Unu da az-az əlavə edib yumşaq xəmir yoğurun.
İçliyi hazırlamaq üçün ət və soğanı ətçəkən maşından keçirin. Tavaya çəkilmiş ət və soğanı qovurun. Üzərinə duz və istiot səpib ocaqdan götürün. Zövqə görə içliyə zirinc ve ya nar dənəsi əlavə edin.
Xəmiri 3 hissəyə ayırıb kündələyin.Kündənin birini oxlovla dəzgahın üzərinə yayıb içlik səpin. Daha sonra rulet formasında bükün. Bükdüyünüz ətli xəmiri yağlı kağız sərilmiş soba sinisinə düzün. Bu qaydayla qalan kündələri də içliklə doldurub bükün. Xəmirlərin üzərinə yumurta sarısı yaxıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Bişən ruleti həm soyuq halda, həm də isti halda dilimləyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir