Özbək Mətbəxinin Dadlı Salatı “Buxara”

Yields: 1 Serving

Qızardılmış badımcan, pomidor və bibər ilə dadlı, iştahaçan salat hazırlamağı təklif edirik. Bu asan hazırlanan salat ət yeməyi üçün soyuq bir qəlyanaltı kimi təqdim edilə bilər. Evdar.az Özbək mətbəxinin “Buxara” salatının reseptini təqdim edir.

Tərkibi:

  • 600 qr rəngli bolqar bibəri
  • 600 qr badımcan
  • 250 qr pomidor
  • 150 qr qırmızı soğan
  • 3 diş sarımsaq
  • bir neçə budaq keşniş, yaşıl soğan
  • 50 ml 10%-lik uksus
  • 500 ml soyuq su
  • 300-400 ml bitki yağı

Hazırlanma qaydası:

İlk öncə bibərləri və qırmızı soğanı halqa formasında doğrayın. Pomidor və badımcanları iri doğrayın. Sarımsaq və göyərtiləri də xırda doğrayın. Dərin bir qaba qırmızı soğan, bolqar bibərləri və pomidorları tökün. Üzərinə uksus, su və zövqə görə duz əlavə edib 15-20 dəqiqə marinə olması üçün kənarda saxlayın.
Doğranmış badımcanları bitki yağında bişirin. Daha sonra bişmiş badımcanları başqa qaba qoyub üzərinə xırda doğranmış göyərti və sarımsağı əlavə edib qarışdırın. Tərəvəzlərin üzərinə tökülmüş uksuslu suyu süzün. Marinə olunmuş tərəvəzləri badımcanın üzərinə əlavə edib qarışdırın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir