Qaynadılmış Dil Delikatesi

Yields: 1 Serving

Qaynadılmış ətirli mal dili ən dadlı delikateslərdəndir. Dildən həm tək halda, həm də müxtəlif salatlarda istifadə edilir. Evdar.az kahı və pomidorla bəzədilmiş ətirli mal dili delikatesinin reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd mal dili
  • 1 ədəd soğan
  • 1 ədəd dəfnə yarpağı
  • zövqə görə duz, istiot
  • bəzəmək üçün kahı
  • çerri pomidoru

Instructions

0/4 Instructions
  • İlk öncə mal dilini soyuq suda 30 dəqiqə saxlayın. Daha sonra üstünü bıçaqla ehtiyyatla qaşıyın və yuyun. Bir qazanda suyu qaynadın. Yuduğunuz dili qaynayan suya yerləşdirib dəfnə yarpağı, soğan və duz töküb qaynadın. Kəfini alın və qapağını bağlayıb zəif ocaqda 2,5-3 saat bişirin (çəkisindən asılı olaraq). Onun bişməsini isə dilin son hissəsinə bıçaq batıraraq yoxlamaq olar. Həmin hissənin yumşaq olması dilin bişmiş olduğunun göstəricisidir.
  • Hazır qaynadılmış dili bir neçə dəqiqəlik soyuq suda saxlayın. Daha sonra səliqəli şəkildə bıçaqla dərini kəsib asan təmizləyin. Əgər dərini dildən ayırmaq çətindirsə, deməli dil hələ hazır deyil və onu yenə bişirmək lazımdır.
  • Ətirli mal dilini soyudun və nazik dilimləyin.
  • Dil ətindən hazırlanmış dilimləri boşqaba səliqəli şəkildə düzün. Üzərini kahı və çerri pomidorları ilə bəzəyib süfrəyə verin.
  • Nuş Olsun!

Tags

#delikates  #mal dili  

1 Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir