Sobada Almalı Toyuq

Yields: 1 Serving Difficulty: Medium

Bayram süfrəsində süfrənin ən dadlı təamlarından biri də toyuq qızartmasıdır. Toyuğu qara gavalı və almalı içliklə doldurub sobada qızarda bilərsiniz. Evdar.az bayram süfrəsin üçün sobada almalı toyuq qızartmasının reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd bütöv toyuq
  • 3 ədəd alma
  • 5 ədəd qara gavalı qurusu
  • 1 çay qaşığı karri (ətirli ədviyyat qarışığı)
  • 1 çay qaşığı xardal
  • duz,istiot zövqə görə

Hazırlanma qaydası:

Bütöv toyuğu su dolu qazanda azca qaynadın. Suyunu süzüb toyuğun üstünə və içərisinə duz, istiot, karri səpin. Turş almaları böyük kub şəklində doğrayın. Bir qabda uksus, şəkər tozu və su qarışdırıb almaların üzərinə səpin. Qara gavalını isti suda isladın. Yumşalmış qara gavalıları uzun çubuqlar şəklində doğrayın. Almaları və qara gavalını qarışdırıb toyuğun içərisinə doldurun. Toyuğu mətbəx sapıyla tikin. Toyuğun üzərinə xardal yaxıb soba paketinə yerləşdirin. İçlik artıqdırsa toyuğun kənarına düzə bilərsiniz. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada sobada 1 saat bişirin. Əgər soba paketiniz yoxdursa folqa kağızına büküb bişirin. Bişməyə 10 dəqiqə qalmış folqa kağızını çıxarın üzəri qızarsın. Bişmiş toyuğu süfrəyə kartof püresiylə də verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir