Category: Qəlyanaltılar, Xəmir İşləri
Yields:
1 Serving
Yemək bişirməyə vaxtı az olanlar üçün mükəmməl bir resept. Evdar.az tənbəl üsulu kəsmikli vareniklərin reseptini təqdim edir.
Tərkibi:
- 250 qr kəsmik
- 1 ədəd yumurta
- 5 xörək qaşığı un
- bir çimdik duz
- 1 xörək qaşığı şəkər tozu
Üzəri üçün:
- xama
- mürəbbə və ya cem
Hazırlanma qaydası:
Bir qabda kəsmiyin üzərinə yumurta, duz və şəkər tozu əlavə edib blenderlə qarışdırın. Üzərinə un əlavə edib qaşıqla qarışdırın. Dəzgahın üzərinə un səpib xəmiri uzun kolbasa forması verin. Xəmiri 1 sm qalınlığında hissələrə bölün. Hər hissəni una bulayın. Qazanda duzlu su qaynadın, varenikləri 4-5 dəqiqəlik qaynayan suya salıb sudan çıxarın. Bişən varenikləri boşqaba qoyub üzərinə xama və cem əlavə edin.
Nuş Olsun!