Category: Balıq Yeməkləri, Pəhriz Yeməkləri, Uşaq Yeməkləri
Yields:
1 Serving
Buxarda hazırlanmış balıq kotleti zərif dadı olan faydalı pəhriz yeməyidir. Belə kotletlər uşaqlar, eləcə də arıqlamaq üçün pəhriz saxlayanlar tərəfindən bəyəniləcək. Evdar.az buxarda bişən kotletlərin reseptini təqdim edir.
Pəhrizdə Olanlar Üçün Buxarda Balıq Kotletinin tərkibi:
- 500 qr balıq (treska və ya mitay balığı)
- 2-3 ədəd kartof
- 1-2 ədəd orta ölçülü soğan
- 1 ədəd yumurta
- 150 qr göyərti
- duz, istiot zövqə görə
Pəhrizdə Olanlar Üçün Buxarda Balıq Kotletinin hazırlanma qaydası:
Kartof və soğanın qabığını soyun. Balığın sümüklərini ayırın. Ətçəkən maşından balığı, soğanı və kartofu keçirin. Hazırladığınız qiymənin üzərinə yumurta və xırda doğranmış göyərti əlavə edin. Duz, istiot da əlavə edib yaxşıca qarışdırın. Kütlədən kotletlər hazırlayıb 20 dəqiqə buxarda bişirin.
Nuş Olsun!