Category: Toyuq Yeməkləri
Yields:
1 Serving
Sobada dadlı, şirəli, ətirli toyuq qanadları hazırlaya bilərsiniz. Evdar.az ballı sousda toyuq qanadının reseptini təqdim edir.
Tərkibi:
- 1 kq toyuq qanadı
- 2 xörək qaşığı bal
- 4 xörək qaşığı soya sousu
- 2 xörək qaşığı zeytun yağı
- 1 çay qaşığı acı Tabasko sousu
- 1 xörək qaşığı ketçup və ya tomat
- duz, istiot
Hazırlanma qaydası:
Toyuq qanadlarını yaxşıca yuyub suyunu süzün. Sousu hazırlamaq üçün bir qabda bal, soya sousu, zeytun yağı, Tabasko sousu, ketçup, duz və istiot töküb qarışdırın. Suyu süzülmüş toyuq qanadlarını hazırladığınız sousda 2 saatlıq marinə edin. Və ya 1 gecəlik soyuducuya yerləşdirə bilərsiniz. Marinə etdiyiniz toyuq qanadlarını yağlanmış soba sinisinə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.
Nuş Olsun!