Hazırlanması çox asan, bol vitaminli, zəncəfilli və yerkökülü şorba. Evdar.az bir qaşığı vitamin deposu şorbanın reseptini təqdim edir.
Tərkibi:
- 3 xörək qaşığı zeytun yağı
- 2 ədəd soğan
- 5 ədəd yerkökü
- 1 ədəd kartof
- 1 çay qaşığı rəndələnmiş zəncəfil
- 3 diş sarımsaq
- 6 stəkan (1200 ml) su və ya bulyon
- 1 çay qaşığı duz
- 1 çay qaşığı istiot
- 1 çay qaşığı zərdəçal
Hazırlanma qaydası:
İlk öncə soğanı doğrayın. Zeytun yağını qazana töküb qızdırın. Soğanı yağda qovurun. Kartof və yerkökünü kiçik kub formasında doğrayıb qovrulan soğana əlavə edin. Soğanla tərəvəzləri birlikdə qovurmağa davam edin. Sarımsaq və zəncəfili eyni həvəngdəstədə əzin. Əzdiyiniz sarımsaq və zəncəfili qazana əlavə edin. Duz və istiot əlavə edib qarışdırın. Zərdəçal da əlavə edib qarışdırın. Ardından suyu və ya bulyonu əlavə edib qaynamağa qoyun. Yerkökü və kartof yaxşıca yumşaldıqdan sonra əl blenderiylə şorbanı əzin. 5-6 dəqiqə daha qaynadıb ocaqdan götürün.
Nuş Olsun!