Qaymaqlı Sousda İspanaqlı Balıq Yeməyi

Yields: 1 Serving

İspanaq və pomidor ilə qaymaqlı sousda bişən çox zərif balıq yeməyi. Bu mükəmməl yeməyi 30 dəqiqə ərzində şam yeməyi üçün hazırlaya bilərsiniz. Evdar.az qaymaqlı sosuda ispanaqlı balıq yeməyininin reseptini təqdim edir.

Qaymaqlı Sousda İspanaqlı Balıq Yeməyinin tərkibi:

  • forel balığı
  • 150 qr çerri pomidor
  • 3 diş sarımsaq
  • 200 qr ispanaq
  • 100 ml 33%-lik qaymaq
  • 60 qr suluquni pendiri
  • zeytun yağı
  • zövqə görə ədviyyatlar

Qaymaqlı Sousda İspanaqlı Balıq Yeməyinin hazırlanma qaydası:

Forel balığını yuyub duz, istiot səpin. Zeytun yağında hər iki tərəfli 5 dəqiqə qızardın. Qızardılmış balıqları kağız dəsmalın üzərinə qoyun. Balığı qızartdığınız tavada xırda doğranmış sarımsağı yüngül qovurun. Üzərinə iki hissəyə bölünmüş çerri pomidorları da əlavə edin. İspanaqları da doğrayıb əlavə edib qapağını örtün. Orta odda qaynadıqdan sonra qaymağı və sürtgəcdən keçirilmiş pendiri də əlavə edib qarışdırın. Daha sonra qızardılmış balıqları da üzərinə düzüb 5 dəqiqə bişirin.

Nuş Olsun!⠀

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir