Sağlam qidalananlar üçün çox asan və ləziz desert. Evdar.az şəkərsiz,unsuz bişməyən dadlı moruqlu səbətlərin reseptini təqdim edir.
Şəkərsiz, Unsuz Bişməyən Moruqlu Səbət Desertinin tərkibi:
- 50 qr yulaf yarması
- 100 qr qovrulmuş fındıq ləpəsi
- 120 qr xurma
- 1 xörək qaşığı su
- 7 qr jelatin
- 300 qr moruq
Şəkərsiz, Unsuz Bişməyən Moruqlu Səbət Desertinin hazırlanma qaydası:
Quru tavada yulaf yarmasını 3-4 dəqiqə orta odda yüngül qovurun. Blenderin qabına fındıq ləpəsi və yulaf yarmasını töküb xırdalayın. Üzərinə tumu çıxarılmş xurmanı da əlavə edib xırdalayın. Üzərinə 1 xörək qaşığı su da əlavə edib əlinizlə yaxşıca qarışdırın. Başqa bir qabda jelatinin üzərinə su töküb qarışdırın və kənara qoyun. Moruqları əl blenderiylə püre halına gətirin. Bir qazana moruq püresini və jelatini töküb ocağa qoyun. Qaynamağa başladıqda ocaqdan götürün. Fındıqlı kütləni silikon keks qəliblərinə əlinizlə basaraq yayın. Moruqlu içliyi də qəliblərə bölüşdürüb hamarlaşdırın. 1 saatlıq soyuducuya yerləşdirin.
Nuş Olsun!