Category: Pəhriz Yeməkləri, Salatlar
Yields:
1 Serving
Pəhrizdə olarkən yediyiniz Sezar salatlarının sousunda istifadə edilən mayonez, vuster sousu kimi maddələr, Parmesan pendiri ilə ləzzəti zirvədə olan salatın kalorisini hesabladıqda yeməməyə üstünlük verirsiniz. Ənənəvi Sezar salatını qatıqlı sousla hazırlayaraq həm fərqlilik yarada bilərsiniz, həm də pəhrizdə olduqda belə rahatlıqla yeyə bilərsiniz. Evdar.az qatıqlı sous ilə Sezar salatının reseptini təqdim edir.
Pəhrizdə Olanlar Üçün Qatıqlı Sous ilə Sezar Salatının tərkibi:
- 2 ədəd toyuğun döş əti
- 10 yarpaq kahı və ya pekin kələmi
- 2 dilim çörək
- 5 xörək qaşığı zeytun yağı
- 1 çay qaşığı duz
- 1 çay qaşığı istiot
Qatıqlı sousu üçün:
- 2 xörək qaşığı qatıq
- 1 xörək qaşığı süzmə qatıq
- 1 çay qaşığı duz
- 1/4 limon şirəsi
- 3 xörək qaşığı zeytun yağı
- 1 çay qaşığı duz
Pəhrizdə Olanlar Üçün Qatıqlı Sous ilə Sezar Salatının hazırlanma qaydası:
Çörəyi kub formasında doğrayın, yağlı kağız sərilmiş soba sinisinə tökün. Üzərinə 3 xörək qaşığı zeytun yağı səpin və əvvəlcədən 190 dərəcə qızdırılmış sobada çörəklər qızarana qədər 10-15 dəqiqə bişirin. Qalan zeytun yağını tavaya töküb qızdırın. Toyuq filesinin hər tərəfinə duz, istiot töküb yağda hər iki tərəfini qızardın.
Bişmiş toyuq filesini istədiyiniz ölçüdə doğrayın. Kahını yaxşıca yuyub doğrayın və bir qaba tökün.
Sousu hazırlamaq üçün bir qabda qatıq, süzmə qatıq, duz, limon şirəsi, duz və zeytun yağı töküb yaxşıca qarışdırın. Hazırladığınız sousu kahının üzərinə töküb qarışdırın. Üzərinə qızardılmış çörəyi və toyuq ətini əlavə edib qarışdırın. Pəhriz salatınız hazırdır!
Nuş Olsun!