Evdə Payız Ətri: Darçınlı Şarlotta

Darcınlı sarlotta
Yields: 1 Serving
Payızın ətrini mətbəxinizə gətirən bu ləzzətli şarlotta çay süfrənizin əvəzolunmazına çevriləcək. Yumşaq və zərif xəmir, şirəli alma dilimləri və darçının xoş ətri bir araya gələrək möhtəşəm dad yaradır. Evdar.az bir dilimiylə kifayətlənə bilməyəcəyiniz darçınlı şarlottanın reseptini təqdim edir.

Darçınlı Şarlottanın tərkibi:

  • 2 ədəd alma
  • zövqə görə darçın
  • 3 ədəd yumurta
  • 250 qr şəkər tozu
  • 250 qr un
  • 1/3 çay qaşığı qabartma tozu
  • 1 paket vanil

Darçınlı Şarlottanın hazırlanma qaydası:

Almaların qabığını soyub iri kub formasında doğrayın və üzərinə darçın əlavə edib qarışdırın. Mikserin qabına yumurta və şəkər tozu əlavə edib mikserlə yaxşıca çırpın. Üzərinə un, vanil və qabartma tozu əlavə edib qarışdırın. Soba sinisini yağlayın və darçınlı almaları siniyə yayın. Üzərinə biskvit xəmirini əlavə edib hamarlaşdırın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Nuş Olsun!

 

darcinli sarlotta

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir