Asan və Ləziz Desert: Əncirli Muss (Mousse)

Yields: 1 Serving

Əncirlə hazırlanan saysız-hesabsız desertlərdən biri də əncirli muss (mousse)-dur. Evdar.az yüngül, dadlı və asan hazırlanan desertin reseptini təqdim edir.

Əncirli Mussun tərkibi:

  • 8 ədəd əncir
  • 40 qr (2 xörək qaşığı) şəkər kirşanı
  • 1 paket vanil
  • 150 qr(3/4 stəkan) qaymaq
  • 30 qr süd
  • 1 qr jelatin tozu

Əncirli Mussun hazırlanma qaydası:

İlk öncə jelatini çox az soyuq suda isladın. Sonra isitdiyiniz isti südə əlavə edib həll edin. Əncirin qabığını soyun. Bir qaba qabığı soyulmuş əncir, şəkər kirşanı, jelatinli süd və vanil tozunu töküb əl blenderi ilə yaxşıca qarışdırın. Jelatin istifadə etməyəcəksinizsə, bu qarışığa yalnız süd əlavə edə bilərsiniz. Jelatin istifadə etməsəniz, köpüklü konsistensiyasına nail ola bilməyəcəksiniz. Jelatindən istifadə etmək imkanınız varsa, mütləq istifadə edin. Başqa bir qabda soyuq qaymağı mikserin ən yüksək sürətiylə 3 dəqiqə çırpın. Köpüklü qaymağa əncir qarışığını əlavə edib spatulayla və ya taxta qaşıqla aşağıdan yuxarıya çevirərək ehtiyyatla qarışdırın. Muss qarışığını qablara bölüşdürün və 3-4 saatlıq soyuducuda saxlayın. Əgər tələsirsinizsə, dondurucuda 30-40 dəqiqə saxlaya bilərsiniz.
Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir