Avokado tərkibindəki bir çox mineral və vitaminlərlə əla qida mənbəyidir. Pəhrizinizə avokado əlavə etməklə ehtiyacınız olan vitaminlərin çoxunu əldə etmək mümkündür. Yumurta və avokado isə birlikdə uyğunlaşaraq ortaya ləziz bir dad çıxarır. Evdar.az səhər yeməyi süfrəsi üçün sobada avokadlı yumurtanın reseptini təqdim edir.
Əfsanəvi Səhər Yeməyi: Sobada Avokadolu Yumurtanın tərkibi:
- 2 ədəd yumurta
- 2 dilim hisə verilmiş hinduşka filesi
- dörddə bir avokado
- 2 dilim tulum pendiri
- 6 dilim kolbasa
- 1 çimdik duz
- 1 çay qaşığı istiot
- 1 çay qaşığı kərə yağı
Əfsanəvi Səhər Yeməyi: Sobada Avokadolu Yumurtanın hazırlanma qaydası:
İlk öncə avokadonu soyub dilimləyin. Muffin qəliblərini kərə yağıyla hərtərəfli yağlayın. Yağlanmış qəlibə hisə verilmiş hinduşka filesi dilimini yerləşdirin. Filenin orta hissəsinə doğranmış avokado,tulum pendiri və üzərindən kolbasa dilimini də qoyun. Duz və istiot əlavə edin. Yumurtaları da üzərinə sındırıb əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Bu reseptlə 2 ədəd avokadolu yumurta qəlyanaltısı çıxacaq. Bişən qəlyanaltını qəlibdən çıxarıb süfrəyə verə bilərsiniz.
Nuş Olsun!