Tibbin atası İbn Sinanın tövsiyə etdiyi reseptlər dərdin dərmanıdır. Təbiətdə rast gəlinən hər bitkinin qidalandırıcı faydası olduğunu vurğulayan İbn-i Sinanın hər şeyə dərman olan əncir və zeytun yağı ilə hazırladığı qarışığı günümüzün mütəxəssisləri tərəfindən hər kəsə tövsiyə edilir.
Tibb elmi dünyasının qabaqcıllarından olan İbn-i Sina təbiətdən əldə etdiyi otlar, meyvələr və tərəvəzlərlə bir çox sağlamlıq probleminin müalicə üsulu işləyib hazırlamışdır. Kitablarında orqanizmi gücləndirmək, immuniteti artırmağın lazım olduğunu yazan Sina bunun xəstəliklərdən qorunmağın ən yaxşı yolu olduğunu vurğulayıb. Hazırladığı qarışıqlarla demək olar ki, hər bir xəstəliyə təbii dərman hazırladı. Ən çox quru əncir və zeytun yağı qarışığını tövsiyə edbi. O bildirib ki, bu qarışım orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır. Mövcud xəstəliklərə qarşı araşdırma aparan bir çox elm adamı da İbn Sinanın bu qarışıqlarını tövsiyə edir. Evdar.az İbn Sinanın möcüzəvi qarışığının hazırlanma qaydası və faydaları haqqında məlumatı təqdim edir.
İbn Sinanın Möcüzəvi Qarışığının tərkibi:
- 250 qr əncir qurusu
- 1 litr zeytun yağı
İbn Sinanın Möcüzəvi Qarışığının hazırlanma qaydası:
İlk öncə qurudulmuş əncirləri yaxşıca yuyun. Daha sonra kub formasında doğrayın. Doğradığınız əncir qurusunu bankaya tökün və üzərinə zeytun yağı əlavə edin. Bankanın qapağını bağlayıb 5 gün qaranlıq yerdə saxlayın. Beş gündən sonra səhər və axşam iki dəfə istifadə edə bilərsiniz. Səhərlər ac qarına iki və ya üç ədəd yeyə bilərsiniz. (Əncirlər bitdikdən sonra zeytun yağına yeni quru əncirləri əlavə edin və eyni şəkildə hazırlamağa davam edin.)
Əncir və Zeytun Yağı Qarışığının Faydaları Nələrdir?
- Qarışıq düzgün hazırlanıb istehlak edildikdə orqanizmin xərçəng hüceyrələrinə qarşı immunitet sistemini gücləndirir. Həmçinin xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.
- Astma və tənəffüs xəstəliklərinin ağırlaşmalarını azaldır.
- Payızın təsirli meyvələrindən biri olan əncir bağırsaqları aktivləşdirərək qəbizlik riskini azaldır.
- Bədəndə yağ yandırma sürətini də artırır. O, həmçinin mədə sağlamlığını dəstəkləyir və reflü və xora kimi xəstəliklərin qarşısını alır.
- Həm əncir, həm də zeytun güclü antioksidant olduqda, bu qarışıq orqanizmin təmizlənməsində təsirli olur.
- Sümük və əzələ strukturlarını gücləndirir və yaşlı insanlarda yaranan xəstəliklərin riskini azaldır.
- Araşdırmalar göstərib ki, bu qarışım daha çox qadınlarda yaranan döş xərçənginin qarşısını alır.
- Həmçinin qan tarazlığını qoruyaraq ürək sağlamlığını müsbət mənada dəstəkləyir.
- Qaraciyərdə toksinləşməni azaldaraq dəri sağlamlığını da qoruyur.
Sağlamlığınızın Qeydinə Qalın!