Qarabağ Üsulu Südlü Umac Halvası

Yields: 1 Serving

Azərbaycan mətbəxində bir çox halva növləri var. Umac halvası quru halvadan fərqlənir. Un əvəzinə əvvəlcədən ovulmuş umacdan hazırlandığı üçün umac halvası deyilir. Qarabağ üsulu halvanın reseptində suyla deyil, südlə ovulmuş umacla hazırlanır. Evdar.az südlü umac halvasının reseptini təqdim edir.

Qarabağ Üsulu Südlü Umac Halvasının tərkibi:

  • 1 kq un
  • 200 ml süd (və ya artırıla bilər)
  • 800 qr əridilmiş kərə yağ

Şərbəti üçün:

  • 6 stəkan (200 ml stəkan ölçüsü) şəkər tozu
  • 6 stəkan su
  • yarım limon suyu
  • 2 çay qaşığı sarıkök

Qarabağ Üsulu Südlü Umac Halvasının hazırlanma qaydası:

Umacı hazırlamaq üçün dərin bir qabda unun üzərinə az-az südü əlavə edib əllə ovub umac halına gətirin. Hazırladığınız umacı xəlbirdən keçirib süfrənin üzərinə sərin. Umacı yarım saatlıq süfrə üzərində qurudun.

Şərbəti hazırlamaq üçün dərin bir qazana su və şəkər tozunu töküb qaynadın. Şərbət qaynara düşdükdən sonra 10 dəqiqə zəif odda qaynadın. Limon suyunu da əlavə edib ocaqdan götürün.

Halvanı hazırlamaq üçün geniş bir qaba əridilmiş yağı töküb qızdırın. Üzərinə quruyan umacı hissə-hissə əlavə edib qarışdırın. Qovrulub rəngi dəyişən umaca soyuyan şərbəti əlavə edib yaxşıca qarışdırın. Hazır umac halvasını boşqablara çəkib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir