Acı Sevənlər Üçün Balqabaq Şorbası

Yields: 1 Serving

Soyuq havalarda sağlamlığınız üçün faydalı şorbalar yeyilməlidir. Balqabaq və çili bibəriylə hazırlanan şorba isinmək üçün əla reseptdir. Evdar.az acı dadı sevənlər üçün dadlı və faydalı balqabaq şorbasının reseptini təqdim edir.

Tərkibi:

  • 500 qr balqabaq
  • 2 ədəd kartof
  • 1 ədəd soğan
  • 2 diş sarımsaq
  • 1 ədəd qırmızı çili bibəri
  • 200 qr pomidor şirəsi
  • 100 ml qaymaq (20 % və ya çox )
  • 3 xörək qaşığı zeytun yağı
  • zövqə görə üyüdülmüş muskat qozu
  • duz, istiot
  • üzəri üçün göyərti

Hazırlanma qaydası:

İlk öncə balqabağı yuyun, qabığını soyun və kub şəklində doğrayın. Kartofları da kub şəklində doğrayın. Soğanı da həmçinin eyni qaydada qabığını soyub kub şəklində doğrayın. Sarımsaqları və bibərləri xırda doğrayın. Tavada doğranmış soğan, sarımsaq və  bibəri təxminən 3-5 dəqiqə zeytun yağında qovurun. Başqa bir qazanda suyu qaynadın. Qaynayan suya doğranmış balqabaq və kartofu tökün (su tərəvəzləri 1 sm örtməlidir). Orta odda 15 dəqiqə qaynadın. Qovurduğunuz soğan qarışığını qaynayan tərəvəzlərin üzərinə əlavə edin. Duz, istiot və bıçağın ucunda muskat qozunun tozunu əlavə edib daha 15 dəqiqə qaynadın. Qazanı ocaqdan götürün və süzün. Bişən tərəvəzləri blenderdə əzin. Tərəvəz püresini qazana tökün və süzdüyünüz tərəvəz bulyonunu da əlavə edib qarışdırın (və ya elə qazanda tərəvəzləri blenderdən keçirə bilərsiniz.) Şorbaya pomidor şirəsi və qaymaq əlavə edib qarışdırın. Orta odda daha 5 dəqiqə qaynadın və kasaya töküb süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir