Az Məhsulla Çox Şəfalı Soğan Şorbası

Yields: 1 Serving

Az məhsulla çox şəfalı və dadlı şorba hazırlaya bilərsiniz. Bu şorba iftar süfrələrinizin də əvəzolunmazı olacaq. Evdar.az dadlı və şəfalı soğan şorbasının reseptini təqdim edir.

Az Məhsulla Çox Şəfalı Soğan Şorbasının tərkibi:

  • 2 ədəd soğan
  • 1 diş sarımsaq
  • 2 xörək qaşığı un
  • 2 xörək qaşığı kərə yağı
  • zeytun yağı və ya maye yağ
  • su  və ya bulyon (ət və ya sümük suyu)
  • duz, istiot
  • təzə və ya qurudulmuş kəklikotu

Az Məhsulla Çox Şəfalı Soğan Şorbasının hazırlanma qaydası:

İlk öncə soğanları doğrayın. Qazana zeytun yağı və soğanı əlavə edib azca qovurun. Üzərinə kərə yağını əlavə edib soğanları yandırmadan yaxşıca qovurun. Unu da əlavə edib unun iyi gələnə qədər bir az daha qovurun.  Daha sonra su və ya bulyonu əlavə edib qaynadin. Bir az qatı şorba olmalıdır. Suyu qaynayan şorbanın konsistensiyasına uyğun əlavə edə bilərsiniz. Qaynayan şorbanı ocaqdan götürüb əl blenderiylə əzin. Yenidən ocağa qoyub bir az da qaynadın. Zövqə görə duz və istiot əlavə edib qarışdırın. Hazır şorbanın üzərinə təzə kəklikotu əlavə edib isti halda süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir