Bütün yaşıl meyvə və tərəvəzlər bədənimiz üçün faydalıdır. Onlar minimal miqdarda kalori ehtiva edirlər, lakin maddələr mübadiləsini yaxşılaşdırmağa, bədəni detoksikasiya edən və təmizləməyə kömək edən minerallar və vitaminlərlə çox zəngindirlər. Kərəviz kokteyli yüksək miqdarda vitamin və mineral ehtiva edən aşağı kalorili içkidir. Smuzini səhər yeməyi əvəzinə içilə bilər, tərəvəz və ya meyvə əlavə edilərək dadı dəyişdirilə bilər. Bu içki maddələr mübadiləsini sürətləndirərək və yağ yandırılmasını gücləndirərək sürətli arıqlamağa kömək edir. Evdar.az arıqladan yaşıl smuzinin reseptini təqdim edir.
Arıqladan Yaşıl Smuzinin tərkibi:
- 200 ml içməli su
Arıqladan Yaşıl Smuzinin hazırlanma qaydası:
İlk öncə yuyulmuş xiyarları dilimləyib blenderin qabına tökün. Bir dəstə yuyulub suyu süzülmüş cəfəri və doğranmış kərəvizi da xiyarın üzərinə əlavə edin. Üzərinə bir çimdik duz, istiot və zəncəfil tozu əlavə edin. Limon suyunu da və yüksək keyfiyyətli (extra virgin) zeytun yağını da əlavə edin. Üzərinə içməli suyu da əlavə edib blenderlə açıq yaşıl rəngli smuzi olana qədər qarışdırın. Əgər içki çox qatı olarsa bir az su əlavə edə bilərsiniz. Arıqlamaq üçün xiyar-kərəviz içkisi hazırdır!
Nuş Olsun!