Dadına Doyum Olmayan, Bol Vitaminli “4 Qaşıq” Şorbası

Yields: 1 Serving

Son zamanlar sosial mediada tez-tez rastlaşdığımız 4 xörək qaşığı şorba, onu hazırlayanların və dadını tərifləyənlərin təkrar-təkrar bişirdiyi 4 paxlalı bitkini birləşdirərək hazırlanır. Yaşıl mərcimək, qırmızı mərcimək, düyü və bulqurun birləşməsi ilə süfrənizin göz bəbəyi olacaq bu şorba doyurucu və pratikdir. Evdar.az 4 qaşıq şorbanın reseptini təqdim edir.

4 Qaşıq Şorbanın tərkibi:

  • 1 xörək qaşığı yaşıl mərcimək
  • 1 xörək qaşığı qırmızı mərcimək
  • 1 xörək qaşığı bulqur
  • 1 xörək qaşığı düyü
  • 6 stəkan qaynar su
  • duz, istiot

Sousu üçün:

  • 1 stəkan qatıq
  • 1 yumurta sarısı
  • 1 xörək qaşığı un
  • 2-3 damcı limon suyu⠀

Üzəri üçün:

  • 2 xörək qaşığı kərə yağı
  • 1 çay qaşığı pul bibər
  • 1 çay qaşığı nanə qurusu

4 Qaşıq Şorbanın hazırlanma qaydası:

İlk öncə 1 xörək qaşığı yaşıl mərcimək, 1 xörək qaşığı narıncı mərcimək, 1 xörək qaşığı düyü və 1 xörək qaşığı bulquru yaxşıca yuduqdan sonra qazana qoyun və 6 stəkan qaynar su əlavə edib yumşalana qədər bişirin. Paxlalı bitkilərin qaynadığı qazanda əmələ gələn köpükləri mütləq təmizləyin ki, şorbanız şəffaf olsun.

Sousu hazırlamaq üçün dərin bir kasada qatıq, un, yumurta sarısı və limon suyunu töküb çəngəllə və ya tel çırpıcıyla yaxşıca qarışdırın.

Şorbanın kəsilməməsi üçün əvvəlcədən qaynayan sudan bir stəkan götürüb qatıqlı sousa əlavə edib yaxşıca qarışdırın. Şorbaya yavaş-yavaş sousu əlavə edb 2-3 dəqiqə qaynadın. Duz, istiot əlavə edib şorbanı ocaqdan götürün. Başqa bir tavada kərə yağı, pul bibər  və nanə qurusu yüngül isidib şorbanın üzərinə əlavə edin.⠀

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir