Bir Qaşıq Qiyməylə 4 Kasa Şorba

Yields: 1 Serving

Bir qaşıq qiyməylə həm yayda, həm də qışda yeyə biləcəyiniz vitamin və zülalla zəngin şorba hazırlaya bilərsiniz. Evdar.az bir qaşıq qiyməylə hazırlanan ləziz şorbanın reseptini təqdim edir.

Bir Qaşıq Qiyməylə 4 Kasa Şorbanın tərkibi:

  • 1 xörək qaşığı qiymə
  • 1 xörək qaşığı kərə yağı
  • 2 xörək qaşığı maye yağ
  • 1 çay qaşığı tomat pastası
  • 1 çay qaşığı şirin qırmızı bibər pastası
  • duz, istiot
  • 1 xörək qaşığı nanə qurusu
  • 2-3 stəkan soyuq su
  • 1 stəkan qatıq
  • 1 dolu xörək qaşığı un
  • 1 ədəd yumurta sarısı
  • 1 stəkan isti su

Bir Qaşıq Qiyməylə 4 Kasa Şorbanın hazırlanma qaydası:

Dərin bir qazana kərə yağını və duru yağı əlavə edib əridin. Üzərinə 1 xörək qaşığı qiyməni də əlavə edib qovurun. Qovrulan qiyməyə tomat pastası və şirin qırmızı bibər pastasını əlavə edib qarışdırın. Duz, istiot, nanə qurusu da əlavə edib qarışdırın. 2-3 stəkan soyuq suyu da əlavə edib qazanın qapağını örtüb qaynadın.

Başqa bir qabda 1 stəkan qatıq, 1 dolu xörək qaşığı un və 1 ədəd yumurtanın sarısını tel çırpıcıyla yaxşıca çırpın. Üzərinə isti suyu da əlavə edib qarışdırın. Hazırladığınız kütləni qaynayan şorbaya əlavə edib bir neçə dəqiqə bişirib ocaqdan götürün. Hazır şorbanı süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir