Düyü Çörəyini Yedikdən Sonra Mağazadan Çörək Almayacaqsınız!

Yields: 1 Serving

Düyü və mayanı qarışdıraraq ortaya çox ləziz çörək çıxara bilərsiniz. Bu çörəyi bişirdikdən sonra aldığınız çörəyi heç vaxt yeməyəcəksiniz! Evdar.az düyü çörəyinin reseptini təqdim edir.

Düyü Çörəyinin tərkibi:

  • 200 qr düyü
  • 350 ml su
  • 100 ml ilıq süd
  • 10 qr şəkər tozu
  • 6 qr maya
  • 3 qr duz
  • 300 qr un
  • 30 ml maye yağ

Düyü Çörəyinin hazırlanma qaydası:

İlk öncə düyünü yuyub suyunu süzün. Dərin bir qazana 350 ml su və yuyulub, süzülmüş düyünü əlavə edib 15 dəqiqə suyu çəkilənə qədər bişirin. Bişən düyünü soyuması üçün başqa bir qaba tökün. Digər bir qabda ilıq süd, şəkər tozu və mayanı qarışdırıb üzərini örtü. Mayalanması üçün 10 dəqiqə kənarda saxlayın. Soyuyan bişmiş düyünün üzərinə duz və maya qarışığını əlavə edib qarışdırın. Ələnmiş unu da əlavə edib qarışdırın. Duru yağı da əlavə edib xəmiri yoğurun. Yoğurduğunuz xəmirin üzərini örtüb 1 saatlıq kənarda saxlayın. Diametri 23 sm olan soba sinisinə yağlı kağız sərin. Xəmiri siniyə yayıb üzərini örtün və 20 dəqiqə kənarda saxlayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin. Bişən çörəyi dəmir torun üzərində soyudub dilimləyin.

Nuş Olsun!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir