Manqalda Göbələk Kababı

Yields: 1 Serving

Göbələk kababı bütün göbələk və manqal həvəskarları üçün tövsiyyə olunur! Evdar.az həzm üçün faydalı liflə zəngin və doyurucu göbələk kababının reseptini təqdim edir.

Manqalda Göbələk Kababının tərkibi:

  • 700 qr şampinyon göbələyi
  • 2 xörək qaşığı soya sousu
  • 1 xörək qaşığı zeytun yağı
  • 2 diş sarımsaq
  • 1 çay qaşığı ədviyyat
  • 1 xörək qaşığı barbekü sousu

Manqalda Göbələk Kababının hazırlanma qaydası:

Göbələkləri marinad etmək üçün ilk öncə sarımsağı sarımsaqəzəndən keçirin. Dərin bir qaba soya sousu, zeytun yağı, əzilmiş sarımsaq, ədviyyat və barbekü sousu əlavə edib qarışdırın. Şampinyon göbələyini bütöv və ya yarıya bölünmüş halda hazırladığınız marinada töküb qarışdırın. Göbələyi yarım saat marinadda saxlayın. Daha sonra şişlərə keçirib 10-15 dəqiqə qrildə və ya manqalda çevirərək bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir