Konfet bütün dünyada ən çox yayılmış desertdir. Ancaq bu desertlərin əksəriyyətində şəkər çox yüksəkdir. Buna görə də şəkər xəstəliyi olan və sağlamlığına nəzarət edənlər bu həzzdən məhrum olurlar. Buna alternativ olaraq şəkərsiz konfet hazırlaya bilərsiniz. Evdar.az ev şəraitində şəkərsiz konfetin reseptini təqdim edir.
Ev Şəraitində Şəkərsiz Konfetin tərkibi:
- 400 ml süd
- 7 qr aqar-aqar
- 0,25 stəkan su (aqar-aqar üçün)
- 0,5 stəkan su (süd üçün)
- 50 qr kakao
Ev Şəraitində Şəkərsiz Konfetin hazırlanma qaydası:
Aqar-aqarın üzərinə su töküb qarışdırıb kənara qoyun. Qazana süd töküb üzərinə su və kakao əlavə edib tel çırpıcıyla qarışdırın. Daha sonra qazanı ocağa qoyub qızdırın. Bir az isindikdə kənara qoyduğunuz aqar-aqarı da üzərinə əlavə edin. Dayanmadan qarışdıraraq qabarcıqlar əmələ gələnə qədər qaynadın. Ocaqdan götürüb silikon qəliblərə tökün. Silikon qəliblərə tökdüyünüz deserti 1-2 saatlıq soyuducuya yerləşdirin. Daha sonra hazır konfetləri qəlibdən ehtiyyatla çıxarıb çayla nuş edin.
Nuş Olsun!