Dadı ilə Valeh Edən Boston Kremli Tort

Dadı ile Valeh Eden Boston Kremli Tort
Yields: 1 Serving

Davamlı olaraq eyni tortları hazırlamaqdan yorulmusunuzsa və həm görünüşü, həm də dadı ilə sizi valeh edəcək tort resepti axtarırsınızsa Boston tortunu hazırlaya bilərsiniz. Evdar.az dadı ilə valeh edəcək Boston kremli tortun reseptini təqdim edir.

Dadı ilə Valeh Edən Boston Kremli Tortun tərkibi:

Kremi üçün:

  • 320 ml süd
  • 4 ədəd yumurta sarısı
  • 60 qr şəkər tozu
  • 60 qr qatılaşdırılmış süd
  • 30 qr qarğıdalı nişastası
  • 10 qr vanil
  • 15 qr kərə yağı
  • çimdik duz

Biskviti üçün:

  • 100 qr un
  • 50 qr şəkər tozu
  • 4 ədəd yumurta sarısı
  • 50 qr bitki yağı
  • 60 qr süd
  • 1/2 çay qaşığı qabartma tozu
  • 1/4 çay qaşığı duz
  • 4 ədəd yumurta ağı
  • 60 qr şəkər tozu
  • 1/2 çay qaşığı uksus

Qanaş üçün:

  • 120 qr tünd şokolad
  • 120 qr 30%-lik qaymaq

Dadı ilə Valeh Edən Boston Kremli Tortun hazırlanma qaydası:

Kremi hazırlamaq üçün bir qazanda yumurta sarısının üzərinə vanil, şəkər tozu, çimdik duz və qarğıdalı nişastası əlavə edib qarışdırın. Üzərinə qatılaşdırılmış südü də əlavə edib yaxşıca qarışdırın. Dayanmadan qarışdıraraq isti südü az-az əlavə edin. Qazanı ocağa qoyub orta odda qatılaşana qədər bişirin. Ocaqdan götürüb başqa bir qaba töküb üzərinə kərə yağı əlavə edib qarışdırın. Kremin üzərinə streç salafana örtüb kənarda saxlayın.

Biskviti hazırlamaq üçün yumurta sarısını şəkər tozuyla mikserlə çırpın. Üzərinə bitki yağı və süd əlavə edib qarışdırın. Ələnmiş un, qabartma tozu və çimdik duz əlavə edib qarışdırın.

Yumurta ağını başqa bir qabda mikserlə yaxşıca çırpın. Üzərinə uksus əlavə edib çırpmağa davam edin. Şəkər tozunu da əlavə edib kütlə ağarıb bərkiyənə qədər çırpın. Çırpılmış yumurta sarısı kütləsinə çırpdığınız yumurta ağını hissə-hissə əlavə edib ehtiyyatla qarışdırın. Diametri 22 х 27 sm olan dairəvi qəlibə yağlı kağız sərib xəmiri tökün. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 18-22 dəqiqə bişirin. Qəlibdən çıxarıb soyudun.

Qanaşı hazırlamaq üçün qaymaq və şokoladı mikrodalğalı sobada və ya su hamamında qarışdıraraq ədirin. Bişiridiyiniz qəlibə ilk öncə soyuyan biskviti yerləşdirin. Üzərinə kremi yaxıb qanaşla örtün. Tortu 3 saatlıq soyuducuya yerləşdirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir