Vitamin və Minerallarla Zəngin Qozlu Mərcimək Çörəyi

Vitamin ve Minerallarla Zengin Qozlu Mercimek Coreyi
Yields: 1 Serving

Vitamin və minerallarla zəngin olan unsuz, mayasız mərcimək çörəyi qidalanmasına və çəkisinə diqqət edənlər üçün idealdır. Evdar.az qozlu mərcimək çörəyinin reseptini təqdim edir.

Vitamin və Minerallarla Zəngin Qozlu Mərcimək Çörəyinin tərkibi:

  • 200 qr qırmızı mərcimək
  • 2 ədəd yumurta
  • 100 qr xama və ya qatıq
  • 50 qr zeytun yağı
  • 0,5 çay qaşığı duz
  • 10 qr qabartma tozu
  • 30 qr qoz ləpəsi
  • 20 qr bərk pendir

Vitamin və Minerallarla Zəngin Qozlu Mərcimək Çörəyinin hazırlanma qaydası:

İlk öncə mərciməyi soyuq suda gecədən isladın. Və ya üstünə qaynar su töküb 1 saat kənarda saxlayın. Suda isladılmış mərciməyi suyun altında yaxşıca yuyub suyunu süzün. Dərin bir qaba suyu süzülmüş mərcimək, yumurta, xama və ya qatıq, qabartma tozu, yağ və duz əlavə edib əl mikseriylə yaxşıca əzin. Qoz ləpəsini bıçaqla doğrayın. Pendiri sürtgəcdən keçirin. Mərciməkli kütləyə doğranmış qoz ləpəsini əlavə edib qarışdırın. Dördkünc qəlibə yağlı kağız sərin. Xəmiri qəlibə töküb hamarlayın. Üzərinə sürtgəcdən keçirilmiş pendiri səpib əvvəlcədən 190 dərəcə qızdırılmış sobada bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir