Protein Deposu: Mərciməkli Bulqur Plovu

Protein Deposu Mercimekli Bulqur Plovu
Yields: 1 Serving
Mərciməkli bulqur (yarma) plovu heyrətamiz dadlı və çox faydalıdır. Üstəlik, mərcimək və bulqur birlikdə istehlak edildikdə zülal keyfiyyəti yüksəlir. Ona görə də, dərhal mərciməkli bulqur plovunu dadmalısınız! Evdar.az mərciməkli bulqur plovunun reseptini təqdim edir.

Mərciməkli Bulqur Plovunun tərkibi:

  • 2 çay stəkanı yaşıl mərcimək
  • 1 çay stəkanı zeytun yağı
  • 2 su stəkanı bulqur
  • 3,5 su stəkanı su
  • 1 çay qaşığı duz

Mərciməkli Bulqur Plovunun hazırlanma qaydası:

İlk öncə yaşıl mərciməyi balaca qazanda suda qaynadın. Soğanı kub formasında doğrayın. Başqa bir qazanda  soğanı yağda qovurun. Üzərinə yuyulub süzülmüş bulqur əlavə edib qovurmağa davam edin. Bir az qovrulduqdan sonra üzərinə su, duz və bişmiş mərciməyi əlavə edib qarışdırın. Qazanın qapağını bağlayıb dəmə qoyun.
Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir