Məktəb İllərinin Ən Dadlı Hörük Bulkası

Yields: 1 Serving

Yumşaq və havalı, həm çayla, həm də tək başına çox ləzzətli olan hörük  bulka. Evdar.az məktəb illərinin ən dadlı qəlyanaltısı hörük bulkanın reseptini təqdim edir.

Tərkibi:

  • 250 qr un
  • 3 çay qaşığı qabartma tozu
  • 100 qr şəkər tozu
  • 1 paket vanil
  • 125 qr kəsmik
  • 1 ədəd yumurta
  • 80 ml süd
  • 50 qr əridilmiş kərə yağı

Hazırlanma qaydası:

İlk öncə un, qabartma tozu və vanili ələyin. Bir qabda şəkər tozunu yumurta ağıyla çırpın. Kəsmik, süd və yağ əlavə edib yaxşıca qarışdırın. Unu da əlavə edib xəmir yoğurun. Xəmiri 6 bərabər kündələrə bölün. Hər kündəni 3 hissəyə bölün. Unlanmış masanın üzərində təxminən 20-30 sm uzunluğunda zolaqlar şəkli verin və hörün. Yağlı kağız sərilmiş soba sinisinə düzün və 15-20 dəqiqə kənarda saxlayın. Bir qabda yumurta sarısını 1 xörək qaşığı südlə qarışdırın və hörük bulkaların üzərinə fırçayla yaxın. Bulkaların üzərinə şəkər tozu, qoz və ya küncüt səpə  bilərsiniz. Kənarda gözlədilən bulkaları əvvəlcədən 180-200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir