Bounty şokoladının dadını sevənlər üçün əla desert. Cənnət həzzi yaşamaq üçün bu dadlı tortu hazırlaya bilərsiniz. Evdar.az dadlı dondurma tortunun reseptini təqdim edir.
Tərkibi:
- 200 ml soyuq qaymaq
- 360 ml qatılaşdırılmış süd
- 2 xörək qaşığı rom
- 100 qr kokos
- 200 qr tünd şokolad
- 100 qr südlü şokolad
Hazırlanma qaydası:
İlk öncə soyuq qaymağı bir qabda mikserlə yaxşıca çırpın. Üzərinə qatılaşdırılmış süd əlavə edib çırpmağa davam edin.
Daha sonra rom və kokos əlavə edib yaxşıca qarışdırın.
Düzbucaqlı formaya yağlı kağız sərin ( dondurmanı çıxara bilmək üçün yağlı kağızın kənarlarını hündür edin) və hazırladığınız kokoslu qarışığı formaya yayın. Soyucudunun dondurucu rəfində 4 saatlıq saxlayın.
2 növ şokoladı mikrodalğalı sobada əridin və azca soyudun. Soyuducudan götürdüyünüz dondurmanın üzərinə şokolad yaxın və 5-10 dəqiqəlik dondurucuda saxlayın.
Dondurmanı qəlibindən və yağlı kağızdan çıxarın. Şokoladlı tərəfi altda qalaraq çevirin.
Dondurmanın qalan hissələrinə də əridilmiş şokolad yaxın (ərinmiş şokolad bərkiyibsə azca isidin).
Hər tərəfinə şokolad yaxılmış dondurmanı 1 saatlıq soyuducuya yerləşdirin. Dondurma tortunuz hazırdır.
Süfrəyə dilimləyib verə bilərsiniz.
Nuş Olsun!