Əsl Yay Deserti: Şaftalılı Tart

Esl Yay Deserti Saftalılı Tart
Yields: 1 Serving

Şaftalı mövsümündə siz ilk növbədə bu şirəli və ətirli meyvələri yeməkdən həzz alırsınız. Meyvədən həzz aldıqdan sonra onlarla nə bişirə biləcəyinizi düşünməyə başlayırsınız. Şirəli şaftalı meyvəsindən piroq, turşu, qabıqlarından isə sirkə hazırlayın. Və əlbəttə ki, yay əhval-ruhiyyəsini təcəssüm etdirən xırtıldayan zərif xəmirli, şirəli içlikli və şaftalının xüsusi dadını ortaya çıxaran ləziz tart bişirə bilərsiniz. Evdar.az əsl yay deserti şaftalılı tartın reseptini təqdim edir.

Tart – Əsl Yay Deserti

Şaftalılı Tartın tərkibi:

Xəmiri üçün:

  • 80 qr kərə yağı
  • 1 ədəd yumurta saırısı
  • 50 qr xama
  • 1 xörək qaşığı şəkər kirşanı
  • 1 çay qaşığı qabartma tozu
  • 200 qr un
  • çimdik duz

İçlik üçün:

  • 1 ədəd yumurta sarısı
  • 200 qr labne pendiri
  • 3 xörək qaşığı şəkər kirşanı
  • 1 xörək qaşığı qarğıdalı nişastası
  • 1 paket vanil
  • 3 ədəd orta ölçülü şaftalı

Şaftalılı Tartın hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda un və kərə yağını əllə ovaraq umac halına gətirin. Üzərinə yumurta sarısı, xama, qabartma tozu və şəkər kirşanı əlavə edib xəmir yoğurun. Yoğurduğunuz xəmiri streç salafana büküb 40 dəqiqəlik soyuducuya yerləşdirin.

İçliyi hazırlamaq üçün  bir qabda labne pendiri. yumurta sarısı, şəkər kirşanı və qarşığalı nişastası əlavə edib tel çırpıcıyla yaxşıca qarışdırın.

Xəmiri soyuducudan götürüb dəzgahın üstündə yüngülcə oxlovla yayın. Diametri 20 sm olan soba qəlibinə  xəmiri yerləşdirib hamarlaşdırın. Üzərinə hazırladığınız içliyi töküb yayın. Şaftalıların qabığını soyub nazik dilimləyin. Şaftalı dilimlərini piroqun üstünə düzün və üstünə 1-2 xörək qaşığı şəkər tozu səpin. Əvvəlcədən 180 dərəcə  qızdırılmış sobada 40 dərəcə bişirin. Bişən tartı süfrəyə qəlibdə və ya qəlibdən çıxarıb verə bilərsiniz.

Tart (fransızca: tarte) fransız mətbəxindən yaranan, alt hissəsi xəmir olan və üstünə müxtəlif içliklər (meyvəli, şokoladlı, qaymaqlı, pendirli, tərəvəzli və s.) qoyulan, açıq (örtülməyən) bir piroq növüdür. Tartlar həm şirin, həm də duzlu ola bilər.  Tartın xəmiri yüngül, qırıntılı (xırçıldayan) teksturaya malik olur və içliklə birlikdə bişirilir. Desert və ya əsas yemək kimi süfrəyə verilir.

Ən dadlı desert reseptləri Ən Dadlı Kulinariya Saytında!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir