Məşhur ingilis aşpaz Ceymi Oliverin resepti ilə Milad ağacı (Yeni il ağacı) formasında möhtəşəm çörəyi bişirərək bayram süfrənizə rəng qata bilərsiniz. Evdar.az bayram süfrəsi üçün “Yeni İl Ağacı” çörəyinin reseptini təqdim edir.
Bayram Süfrəsi üçün “Yeni İl Ağacı” Çörəyi
“Yeni İl Ağacı” Çörəyinin tərkibi:
- 3 ədəd 250 qr-lıq dairəvi Kamamber pendiri
- yarım dəstə təzə rozmarin (15 qr)
- 3 diş sarımsaq
- duz, istiot
- zeytun yağı
Xəmiri üçün:
- 800 qr un
- 7 qr quru maya
- 1 çay qaşığı duz
- 500 ml ilıq su
“Yeni İl Ağacı” Çörəyinin hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün bir qaba un, quru maya və duz əlavə edib qarışdırın. Üzərinə 500 ml ilıq su əlavə edib xəmir yoğurun. Xəmirin üstünü örtüb 1,5 saat isti yerdə mayalandırın.
Yağlı kağızı soba sinisinə yerləşdirin və üzərinə un səpin. Barmağınızla una şam ağacının konturunu yüngülcə çəkin. Kamamber pendirinin (Kamamber (fr. Camembert) — bir növ Fransa pendiri) qutusundan ayırın və yağlı kağızda çəkdiyiniz şam ağacının orta hissəsinə yerləşdirin.
Xəmiri 4 hissəyə, sonra hər birini 12 hissəyə bölün. Cəmi 48 ədəd kündələr hazırlayın. Kündələri yuvarlayaraq top halına salın. Yağlı kağızın üzərində konturladığınız şam ağacını yaratmaq üçün yuvarlaq kündələri pendirin ətrafına düzün. Üzərini nəm mətbəx dəsmalı ilə örtün və bir saat daha dincəlməyə qoyun (bu, maya xəmirinin qalxmasına və bişirilməzdən əvvəl dincəlməsi üçündür).
Hər pendirin üst hissəsindən qabıqlarını kəsin, kənarlarını 1 sm eninə saxlayın. Sarımsağı təmizləyib dilimləyin. Bir qabda sarımsaq dilimlərinin üzərinə zeytun yağı gəzdirib qarışdırın. Yağlı sarımsaqları üst qabığı kəsilmiş pendirlərə batırın. Üç rozmarin budağının uclarını qoparın və yağlayıb sarımsaqlı pendirlərin üzərinə batırın. Hər pendirin üzərinə bir çimdik dəniz duzu və istiot səpin, sonra birini “ağac”ın ortasındakı qutuya, digərini isə ayrı bir qaba qoyun. Üçüncü pendiri sonradan istifadə etmək üçün kənara qoyun.
Qalan rozmarin yarpaqlarını soyun və xəmir kürələrinin arasına yerləşdirin. Bir çimdik duz səpin və zeytun yağı gəzdirin. “Ağac” çörəyi əvvəlcədən qızıdırlmış 180 dərəcə qızdırılmış sobaya yerləşdirin. İkinci pendiri isə aşağıdakı rəfə qoyun və 30-35 dəqiqə, yəni pendirlər yapışqanlaşdıqda, xəmirlər isə qızılı rəng alana qədər bişirin. İlk iki pendiri süfrəyə verən kimi, üçüncüsünü qutusunda təxminən 20 dəqiqə bişirin, sonra yeyilənlərlə dəyişdirin. Bu ləziz çörəklər qoparılaraq əriyən pendirə batırılıb yeyilir.

Nuş Olsun!
