Category: Bayram Reseptləri, Salatlar, Yeni il süfrəsi
Yields:
1 Serving
Çin təqviminə görə 2026-cı il hərəkət, azadlıq, enerji və cəsarətli dəyişiklikləri simvolizə edən “Qırmızı Od Atı” ilidir. 2026-cı ilin At ili olduğunu nəzərə alsaq bu zərif heyvanın başı şəklində və nal formasında ləzzətli Yeni il salatı hazırlaya bilərsiniz. Evdar.az Yeni il süfrənizin əsas bəzəyi olan At Nalı salatının reseptini təqdim edir.
2026-cı İlin Simvolu
At Nalı Salatının tərkibi:
- 300 qr toyuq filesi
- 150 qr konservləşdirilmiş ananas
- 3 ədəd yumurta
- 120 qr holland pendiri
- mayonez
- duz, istiot
- şüyüd, qara zeytun
At Nalı Salatının hazırlanma qaydası:
İlk öncə toyuq filesini az duzlu suda bişirib soyudun. Bişmiş toyuq filesini didin və ya kiçik kub formasında doğrayın. Konservləşdirilmiş ananas dilimlərini də kiçik kub formasında doğrayın. Yumurtaları da suda bişirib qabığını soyun və sürtgəcdən keçirin. Holland pendirini də sürtgəcdən keçirin. Dərin bir qabda xırda doğranmış toyuq filesi, sürtgəcdən keçirilmiş yumurta və doğranmış konservləşdirilmiş ananası töküb qarışdırın. Üzərinə duz, istiot və mayonez əlavə edib qarışdırın. Salatı servis edəcəyiniz boşqaba hazırladığınız salatı at nalı və ya atın başı formasında düzüb səliqəyə salın. At nalı və ya at başını sürtgəcdən keçirilmiş holland pendiriylə forma verin. Üzərini doğranmış zeytunla və şüyüdlə bəzəyib süfrəyə verə bilərsiniz.

Ən dadlı salat reseptləri Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!
