Faydalı və Ləzzətli Qırmızı Lobyalı Paştet-Rulet

faydalı ve lezzetli qırmızı lobyalı pastet rulet
Yields: 1 Serving

Sağlamlıq üçün bir çox faydaları olan qırmızı lobyadan dadlı rulet-paştet hazırlaya bilərsiniz. Səhər yeməyi süfrəsində kolbasaya sağlam alternativ olan, naharda isə soyuq qəlyanaltı kimi təqdim edilən bu ləziz paştetin hazırlanması olduqca asandır. Evdar.az faydalı və ləzzətli qırmızı lobyalı paştet-ruletin reseptini təqdim edir.

Faydalı və Ləzzətli Qırmızı Lobyalı Paştet-Rulet

Lobyalı Paştet-Ruletin tərkibi:

  • 2 stəkan qırmızı lobya
  • 1 stəkan qoz ləpəsi (200 qr)
  • 180 qr kərə yağı
  • çimdik duz
  • yarım çay qaşığı istiot
  • 1 çay qaşığı xmeli-suneli
  • 3 diş sarımsaq

Lobyalı Paştet-Ruletin hazırlanma qaydası:

Qırmızı lobyanın üzərinə su töküb 1 gecə suda gözlədin. Suda islanan lobyanın suyunu süzün. Dərin bir qazanda isladılmış lobyanın üzərinə su töküb yumşalana qədər bişirin. Bişən lobyaların suyunu süzün. Qoz ləpəsini bıçaqla xırdalayın. Bişmiş lobyaları bir qabda kartof əzənlə yaxşıca əzin. Əzilmiş lobya püresinin üzərinə xmeli-suneli, sarımsaqəzəndən keçirilmiş sarımsaq, duz, istiot və xırda doğranmış qoz ləpəsi əlavə edib qarışdırın. Streç salafanı duz səthli dəzgahın üzərinə sərin. Hazır kütləni streç salafanın üzərinə spatulayla və ya əllə 1 sm qalınlığında düzbucaqlı şəklində yayıb hamarlayın.  Otaq temperaturunda yumşaldılmış kərə yağını da lobya paştetinin üzərinə yayın və rulet formasında bükün. Streç salafanı ruletə büküb kənarlarını bərkidin. Lobya ruletini 2-3 saatlıq soyuducuya yerləşdirin. Hazır lobya ruletini dilimləyib göyərti və qoz ləpəsiylə bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir