Faydalı Kəsmikli-Bananlı Zapekanka

Yields: 1 Serving

Həyatını desertsiz təsəvvür edə bilməyənlər üçün səhər yeməyi süfrəsinə faydalı və dadlı zapekanka. Evdar.az piroq və tortarı əvəz edəcək yüngül və faydalı zapekankanın reseptini təqdim edir.

Tərkibi:

  • 400 qr yağsız kəsmik
  • 2 ədəd yumurta
  • 4 ədəd banan
  • 2 çay qaşığı darçın

Hazırlanma qaydası:

Blenderdə ilk öncə bananı, daha sonra yumurta əlavə edib qarışdırın. Üzərinə kəsmik və darçın əlavə edib yaxçıca qarışdırın. Hazır kütləni silikon qəlibə və ya yağlanmış formaya yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Zövqə görə zapekankaya giləmeyvə, meyvə, meyvə qurusu və qoz ləpəsi əlavə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir