Gürcü Mətbəxinin Ləziz Qırmızı Alça Sousu (Tkemali)

gurcu metbexinin leziz qırmızı alca sousu tkemali
Yields: 1 Serving

Tkemali– ət, toyuq yeməkləri, kartof qızartması və qəlyanaltılarla mükəmməl uyğunlaşan bir sousdur. Gürcü mətbəxinin bu ləziz sousu ketçupa sağlam alternativdir. Evdar.az Gürcü mətbəxinin ləziz qırmızı alça sousunun (Tkemali) reseptini təqdim edir.

Gürcü Mətbəxinin Ləziz Qırmızı Alça Sousu (Tkemali)

Qırmızı Alça Sousunun tərkibi:

  • 3 kq qırmızı alça
  • 1 stəkan su
  • 1 baş sarımsaq
  • 1 çay qaşığı keşniş toxumu
  • 1 çay qaşığı şüyüd toxumu
  • 1 xörək qaşığı nanə qurusu
  • 2 ədəd acı bibər
  • 3 çay qaşığı şəkər tozu
  • 2 xörək qaşığı duz
  • 1 çay qaşığı xmeli-suneli ədviyyatı

Qırmızı Alça Sousunun hazırlanma qaydası:

Qırmızı alçaları yaxşıca yuyub dərin bir qazana tökün. Üzərinə 1 stəkan  su töküb ocağa qoyun. 20-25 dəqiqə yumşalana qədər bişirin. Bişən alçaları sürtgəcdən keçirin və alça püresini ocağa qaynamağa qoyun.

1 baş sarımsağı təmizləyib bıçaqla xırdalayın. Acı bibəri də çox xırda doğrayın. Keşniş toxumu, şüyüd toxumu,nanə qurusu və duzu həvəngdəstə ilə və ya qəhvəüyüdənlə xırdalayın. Doğranmış sarımsaq, acı bibər, üyüdülmüş ədviyyat və xmeli-sunelini qaynayan alça püresinə əlavə edib qarışdırın. İstədiyiniz qatılığa çatdıqda ocaqdan götürün. İsti halda strelizə olunmuş bankalara doldurub qapaqlarını möhkəm bağlayın. Soyutduqdan sonra sərin və qaranlıq yerdə saxlayın.

Ən dadlı sous reseptəri Ən Dadlı Kulinariya saytında!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir