Bağırsaq Dostu Yaşıl Lobya Turşusu

Bagirsaq Dostu Yasıl Lobya Tursusu
Yields: 1 Serving
Yayda bolca yediyiniz təzə yaşıl lobyadan turşu hazırlayıb qış yeməklərinin yanında süfrəyə verə bilərsiniz. Hazırlanması olduqca sadə olan bu turşu həm də yüksək lif tərkibi sayəsində həzmi asanlaşdırır. Evdar.az faydaları ilə bağırsağın dostu olan yaşıl lobya turşusunun reseptini təqdim edir.

Bağırsaq Dostu Yaşıl Lobya Turşusu

Lobya Turşusunun tərkibi:

Hər bankaya:

  • yaşıl lobya
  • 2 ədəd dəfnə yarpağı
  • 2 diş sarımsaq
  • 1 xörək qaşığı duz
  • 1 ədəd qənd
  • 1 xörək qaşığı üzüm sirkəsi
  • dənə istiot
  • qaynar su

Lobya Turşusunun hazırlanma qaydası:

Lobyaları yaxşıca yuyub təmizləyin və streilizə olunmuş bankalara dolana qədər düz şəkildə yerləşdirin. Bankalara  doldurulmuş lobyaların üzərinə qaynar su töküb qapağını yüngül örtüb soyuması üçün kənara qoyun. Soyuyan suyu süzüb atın. Hər bankaya yaşıl lobyaların üzərinə 2 ədəd dəfnə yarpağı, 2 diş sarımsaq, çay qaşığı ucunda dənə istiot, 1 dolu xörək qaşığı olmayan duz, 1 ədəd qənd , 1 xörək qaşığı üzüm sirkəsi və qaynar su edib qapağını yaxşıca bağlayın. Bu qaydayla bankaları doldurub üzərini örtün və soyuyana qədər otaq temperaturunda gözlədin. Hazır turşunu sərin və qaranlıq yerdə saxlayın.

Əlavə qeyd:

Lobya turşusu hazırlayarkən ən vacib məqam təzə və bərk lobya seçməkdir. Sarı və ya yumşaq lobya turşuların dadına və rəf ömrünə mənfi təsir göstərir.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir