Sağlam Qidalananlar Üçün Azkalorili, Proteinli Sous

Saglam-Qidalananlar-ucun-Azkalorili-Proteinli-Sous
Yields: 1 Serving

Ət yeməklərinin yanına bütün sousları unutduracaq azkalorili və yüksək zülallı məşhur sousu hazırlayın. Evdar.az mayonezə alternativ olan sousun reseptini təqdim edir.

Sağlam Qidalananlar Üçün Azkalorili, Proteinli Sous

Sousun tərkibi:

  • 200 qr kəsmik
  • 1 diş sarımsaq
  • 100 qr xiyar turşusu
  • bir neçə budaq cəfəri (və ya şüyüd)
  • 50-100 ml süd
  • zövqə görə duz, istiot

Sousun hazırlanma qaydası:

Blenderin qabına kəsmik, təmizlənmiş sarımsaq, xiyar turşusu, bir neçə budaq cəfəri və ya şüyüd, süd, zövqə görə duz və istiot əlavə edib qarışdırın. Sous qatı olarsa konsistensiyası əldə edənə qədər bir qaşıq süd əlavə edin.

Bu sous ət, quş əti, balıq və ya sobada bişirilmiş kartofla mükəmməl uyğunlaşır, həmçinin çörək və ya quru çörək dilimlərinin üzərinə çəkmək üçün də əladır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir