İran Mətbəxinin Dadlı Plovu-Taxçin

Yields: 1 Serving

Taxçin- İran mətbəxinin dadlı plovudur. Maraqlı bir görünüşüylə təəccübləndirən bu plov ənənəvi olaraq quzu ətiylə bişirilir. Evdar.az bu gün sizə toyuq filesiylə hazırlanan dadlı Taxçin plovunun reseptini təqdim edir.

Tərkibi:

  • 1 çay qaşığı sarıkök
  • 500 qr düyü
  • 3 ədəd yumurta
  • 150 ml günəbaxan yağı
  • 2 ədəd soğan
  • 300 ml xama
  • 300 ml qatıq
  • 1 ədəd toyuq filesi
  • duz, istiot zövqə görə

Hazırlanma qaydası:

İlk öncə düyünü duzlu suda 2 saat isladın. Daha sonra suyunu süzüb yuyun. Soğanı kub formasında doğrayın və 1-2 xörək qaşığı günəbaxan yağında qovurun. Toyuq döş ətini xırda doğrayıb qovrulmuş soğana əlavə edib bişirin. Başqa bir qabda düyünü suda bişirib süzün. Bir qabda qatıq, 5 xörək qaşığı günəbaxan yağı, yumurta sarısı, duz, istiot və sarıkök töküb qarışdırın. Sobada yerləşdirə biləcəyiniz dərin bir qazanı kərə yağıyla yağlayın. Qazana 5 xörək qaşıqlı qatıqlı qarışıqdan töküb yayın. Üzərinə süzdüyünüz düyünün yarısını töküb yayın. Daha sonra qovrulmuş toyuq ətini töküb yayın. Ətin üzərindən 3 xörək qaşığı qatıqlı qarışıqdan və düyünün qalan hissəsini də töküb yayın. Üzərindən qalan qarışıqdan tökün və bitki yağı əlavə edin. Qazanın üzərini folqa kağızıyla və ya qapaqla bağlayın. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 1 saat bişirin. Folqa kağızını çıxarıb daha 1 saatlıq sobaya yerləşdirin. Taxçini qazandan rahat çıxarmaq üçün soyuq suda saxlaya bilərsiniz. Geniş bir boşqaba yerləşdirib üzərini qaysı qurusu, nar dənələri və ya göyərtiylə bəzəyə bilərsiniz.
Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir