Category: Şirniyyatlar
Yields:
1 Serving
Difficulty: Easy
Hər evdə olan cəmi 4 məhsulla 10 dəqiqəyə ləzzətli şokolad hazırlaya bilərsinz. Evdar.az-ın təqdim etdiyi resepti sınadıqdan sonra artıq mağazadan şokolad almayacaqsınız.
10 Dəqiqəyə Ev Şəraitində Şokoladın tərkibi:
- 100 qr kakao
- 1 çay qaşığı şəkər tozu
- 50 qr kərə yağı
- 2 xörək qaşığı süd
10 Dəqiqəyə Ev Şəraitində Şokoladın hazırlanma qaydası:
İlk öncə südü bir qazana töküb zəif ocaqda isidin (qaynatmayın!). Üzərinə şəkər tozu və kakaonu əlavə edib qarışdırın. Başqa bir qabda su hamamında kərə yağını əridin. Əridilmiş kərə yağını ehtiyyatla südə əlavə edib qarışdırın. Qarışdığınız kütləni zəif ocaqda təxminən 2 dəqiqə qarışdıraraq qaynadın. Qaynar şokolad kütləsini xüsusi şokolad formalarına bölüşdürün. Soyuyub bərkiməsi üçün bir neçə saatlıq soyuducuya yerləşdirin.
Qeyd: Zövqə görə şokolada xırdalanmış çərəzlər də əlavə edə bilərsiniz.
Nuş Olsun!