Ağızda Əriyən Vupi Pay Pirojnası

Yields: 1 Serving

Vupi pay (whoopie pie)-amerika mətbəxinin məşhur desertidir. İki yumşaq biskvit arasında krem qatlı deserti ad günü süfrələri üçün bişirib uşaqları sevindirə bilərsiniz. Evdar.az Amerikanın məşhur desertinin reseptini təqdim edir.

Tərkibi:

Xəmir üçün:

  • 1 ədəd yumurta
  • 80 qr kərə yağı
  • 100 qr şəkər kirşanı
  • 3 xörək qaşığı kakao
  • 100 ml süd
  • 130 qr un
  • 1 çay qaşığı qabartma tozu
  • 1 qr vanil

Krem üçün:

  • 150 ml qaymaq (35 %)
  • 4 xörək qaşığı şəkər kirşanı

Hazırlanma qaydası:

Bir qabda kakao, un, qabartma tozu və vanil qarışdırın. Soyuducudan 20 dəqiqə əvvəl çıxardığınız kərə yağını şəkər kirşanıyla qarışdırın. Yumurta və süd əlavə edib yenə qarışdırın. Quru qarışığı (un, kakao, qabartma tozu və vanil) hissə-hissə əlavə edib yaxşıca qarışdırın. Xəmirdən qaşıq köməyi ilə ( və ya konditer torbası) yağlı kağız sərilmiş soba sinisinə kündələr düzün. Bişdikdə yayıldığı üçün çox böyük kündələr qoymayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə bişirin. Krem üçün qaymağı şəkər kirşanıyla çırpın. Bişən pirojnanın birini kremləyin və ikinci pirojnayla üstünü örtün. Bu üsulla bütün pirojnaları belə hazırlayın. Zövqə görə pirojnaların üzərinə şəkər kirşanı səpə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir