Ev Şəraitində Alma Kvası

Yields: 1 Serving

Alma kvası susuzluğu yatırdan mükəmməl bir içkidir. Yay aylarında yorucu istidən qurtulmaq , enerjinin artması üçün almalı kvas köməyinizə çatacaq. Evdar.az vitamin və minerallarla zəngin almadan ev şəraitində kvasın hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

  • 1,4 kq təzə alma
  • 1/2 stəkan şəkər tozu və ya bal
  • 1 1/2 çay qaşığı quru maya
  • 1 ədəd limon
  • 1/4 stəkan üyüdülmüş qəhvə
  • 1 ədəd zəncəfil
  • 4 litr süzülmüş su

Hazırlanma qaydası:

İlk öncə hər bir almanı bıçaqla 8 ədəd hissələrə bölün. Cəcəsini kəsib atın. Kök zəncəfili yuyun və 3 hissəyə bölün. Limonu iki hissəyə bölüb suyunu çıxarın. Böyük bir qazanda almaları, zəncəfili, limon suyunu, üyüdülmüş qəhvəni, şəkər tozu (və ya bal) və süzülmüş suyu töküb qarışdırın. Qazanı ocağa yerləşdirib 20 dəqiqə qaynadın. Qaynayan qarışığı 35-38 dərəcəyədək soyudub üzərinə mayanı əlavə edin. Əgər qarışığın  temperaturusu çox yüksəkdirsə maya sönəcək və mayalanma baş verməyəcək. Mayanı tökdükdən sonra qarışdırın, üstünü yaxşıca örtüb masanın üzərində 15 saat gözlədin. Hazır ətirli kvası tənzifdən keçirin və stəkanlara töküb soyudun. Ev şəraitində hazırladığınız sərin almalı kvasınız hazırdır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir